Qocalar evində striptiz “xidməti” – FOTO
Bizi izləyin

Bilgi.az

Qocalar evində striptiz “xidməti” – FOTO

Nyu-Yorkdakı qocalar evinin birində yaşlıları əyləndirmək üçün kişi striptizçi çağırıldığı məlum olub.

Nyu-Yorkdakı qocalar evinin birində yaşlıları əyləndirmək üçün kişi striptizçi çağırıldığı məlum olub.

Gün.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan qocalar evində qalan qadınlardan birinin uşaqları xəbər tutub.

Onlar analarının “çılpaq kişilərin agressiv rəqslərinə” məruz qaldığını iddia edərək qurumun idarəçilərini məhkəməyə veriblər.

Franklin Yonqblud adlı oğul 86 yaşındakı Alzheimer xəstəsi olan anası Bernisi ziyarətində çəkməcədə onun striptizçinin alt paltarına pul qoyarkən çəkilən şəklini görür.

O, bundan dəhşətə gəlir və dərhal məhkəməyə müraciət edir.

Ailənin vəkili isə bildirib ki, bu rəqqaslar 32 yaşındakı subay qadınları əyləndirə bilər, amma burada 86 yaşında, bütün həyatını adət-ənənə ilə yaşayan Afrika əsilli amerikalı qadından söhbət gedir.

“Qocalar evinin sakinləri psixoloji və fiziki baxımdan belə bir əyləncəni istəyə bilməzlər”.

Qocalar evinin rəhbərliyi isə striptizçini qocaların tələb etdiyini, rəqqasa 250 dolları da onların ödədiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm