Ana uşağı döyüb videonu internetdə yaydı - Foto
Bizi izləyin

Bilgi.az

Ana uşağı döyüb videonu internetdə yaydı - Foto

Ana uşağı döyüb videonu internetdə yaydı-Foto

ABŞ-ın Miçiqan ştatında yaşayan ana və nənə 11 yaşlı oğlanı qayışla 50 dəfədən artıq döyərək videoya çəkib “Facebook”-da yerləşdirib.

Uşağın 28 yaşlı anası və 42 yaşlı nənəsi oğlana qarşı zorakılıq törədib və bu olayları kameraya alan ailənin dostu da həbs edilib. Ana videoda uşağın gödəkçəsini dartdıqdan sonra ona dəfələrlə şillə vurur. Uşağa qarşı zorakılıq Miçiqan ştatında cinayət hesab olunur. Ananın uşağını döydüyü 6 dəqiqəlik video mindən artıq paylaşılıb, lakin sonradan video sosial şəbəkələrdən silinib. Videoda anası əvvəlcə uşağın adını soruşur. Uşaq adını möhkəm demədikdə anası vəhşicəsinə üzünə şillə vurur. Bir neçə dəqiqədən sonra ana öz yerini uşağın nənəsinə verir. Nənə isə uşağı qayışla döyür.

Video sosial şəbəkədə yayımlandıqdan sonra ana və nənə polis tərəfindən həbs edilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm