Bu əşyalar yalnız milyonçulara aiddir - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Bu əşyalar yalnız milyonçulara aiddir - - FOTOLAR

Əlbəttə ki, hər kəs rahat və komfortlu həyat arzu edir. Amma...

Əlbəttə ki, hər kəs rahat və komfortlu həyat arzu edir. Amma maddi vəziyyət buna həmişə imkan vermir. Var-dövləti başından aşan insanlar bizim qibtə ilə baxdığımız dəbdəbəni və bahalı cihazları özünə rəva görə bilər.

1. Bu qayıq sizə barbekü ilə birlikdə 50 000 dollara başa gələcək. O, kifayət qədər böyükdür, qayıq 10 nəfər üçün nəzərdə tutulub. Qayıqda qril bişirmə və qidanın saxlanması üçün xüsusi yerlər var.

2. Bu musiqili, ultra rahat kreslonunun qiyməti 32 000 dollardır.

3. Qızıl "LOGO"-dan başqa sizə heç nə zəngin olduğunuzu ən yaxşı şəkildə vurğulaya bilməz. Bu konstruktor təmiz qızıldan hazırlanıb və qiyməti 14,449 dollardır.

4. Əgər pulunuz çoxdursa, uşağınıza niyə də işıqlı sıçrayış aparatı hədiyyə etməyəsiniz?

5. Pivə gətirən kuper-robotlar zənginlərin yay gecələrini unudulmaz edir.

6. 30 000 dollarlıq əmin-amanlıq generatoru sayəsində siz çox yaxşı yata bilərsiniz. O, sahibinin tam dincliyi və rahatlığı üçün sakitləşdirici xoş səslər, eləcə də incə vibrasiya effektini təklif edir. Həmçinin daxildə temperatura nəzarət edən qurğu və yumşaq, sulu döşək çarpayı var.

7. Bu masaj kreslosu sahibini maksimal rahatlıq ilə təmin edir. Kreslo bədəni çox yaxşı masaj edir, həm smartfonlar üçün xüsusi yeri var.

8. Saç gəncləşdirmə üçün qurğunun qiyməti təxminən 700 dollardır. Bu aparat saç folekullarını cavanlaşdırır, həm sizə musiqidən zövq almağa imkan yaradır.

9. İnteraktiv bilyard masasındakı animasiyalar masanın üzərindəki hərəkətə görə cavab verir.

10. İki nəfərlik sualtı qayığın dəyəri 2 000 000 dollardır. Bax belə bahalı əyləncə hər kəsə nəsib olmur.

11. Bu rəfi bütün pivə azarkeşlərinin cənnəti adlandırmaq olar. Onun içinə 4 pivə çəlləyi və 30 pivə yeşiyi yerləşir. Oradan istənilən vaxt çox soyuq içkilər almaq olar.

12. Şəffaf qayıq

13. İsti vanna və ya qayıq çox bayağı görünsə də, səyahət zamanı soyuq sulu göldən çıxıb isti su ilə isinmək üçün əlverişlidir.

14. Deyirlər ki, çarpayının üzərində yerləşən nəhəng akvariumdakı üzən xırda balıqları müşahidə etmək insan sakitləşdirir. Bu həzz da çox baha başa gəlir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm