• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

13 min ödəməsə azərbaycanlı kişinin "virtual seks" videosu yayılacaq - ŞOK

  • Maraqlı
  • 11 Aprel 2014 09:35
  • 9 544 Baxış
13 min ödəməsə azərbaycanlı kişinin "virtual seks" videosu yayılacaq - ŞOK

Bunlara istəyirsiz spam deyin istərsə də baş bəlası. Hər birimizin "facebook" ünvanımızın “others” bölümü xarici vətəndaşların məktubları ilə doludur. Bir çox istifadəçilər bu məktubları oxumadan keçsə də bəziləri onun əsl qurbanına çevrilir.

Virtual "seks" təklif edən naməlum insanların tələsinə düşmək üçün onlarla skype adresdə danışmaq kifayətdir. Hər şey bundan sonra başlanır...

Lap kinolardakı kimi." Hollywood" filimlərində gördüklərimizin bir vaxt başına gələcəyinə heç kim inana bilməz. Bir dəfə yadımdadır internetin insanlar arasında yaratdığı problemlər mövzusunda bir filmə baxmışdım. Belə mövzuların bizim həyatımızdan çox uzaq olduğunu düşünmüşdüm, əgər yazacaqlarımın şahidi ilə rastlaşmasaydım.

Qəhrəmanımın tanış olduğu xarici vətəndaşın adı Jeon Kunachdır. Yaraşıqlı, qəşəng olması ilə yanaşı eyni zamanda çox səmimi göründüyü üçün Kənan onunla facebook dostu kimi danışmağa başlayıb. Facebook profilində bütün informasiyalar inandırıcı olduğu üçün hərhansı bir problemin yaranmasına da şübhə qalmyıb.

Uzun sürən yazışmalardan sonra qəhrəmanımla, xanım skype ünvanında danışmağa qərar veriblər.

“Bu qədər yazışmamız olmuşdu, amma bircə dəfə də mənə heç bir artıq-əskik söz deməmişdi. Hardan biləydim ki, məni belə şantaj edəcək. Çox pis vəziyyətdə qlmışam. Həyatım boyu bu şantajla yaşaya bilmərəm” deyir Kazım

O, çox dilxor görünür, eyni zamanda çarəsiz vəziyyətdə qaldığını da hiss edirəm. Mənimlə danışdıqca əllərini həyəcandana tez-tez ovuşdurur. Hiss olunur ki, düşdüyü vəziyyətdən çox peşmandır.

Amma “üzülməyə dəyməz” kəlməsini nədənsə Kazıma deyə bilmirəm. İnternetdə yayılacaq videoları onun üçün üz qarasıdır, bunu onun bütün hərəkətlərindən hiss edirəm.

Jeon Kunachla danışığını skype da davam etdirəndən sonra xanım çılpaq olduğu üçün qarşı tərəfdən də bunu istəyib və bütün bunları kameranın yaddaşına köçürdüb. Bundan sonra Kazımdan pul tələb edib.

Qəhrəmanım deyir ki, mən pulu verməməyi düşündüm. Heç ağlıma da gəlməzdi ki, belə bir şeylə rastlaşaram.

Kazım adlandırdığım qəhrəmanım puldan imtina etikdən sonra, “inbox” a gələn linki açdıqda xanımla etdiyi virtul seksin video linkini görür. “Youtube” a yüklənən videonun əgər Kazım 13 min dolları verməzsə spam kimi bütün dostlarına yayılacağı bildirilir.

13 min dollar pulu verəndən sonra şantaj dayanacaqmı? bunu heç kim bilmir.

Bildiyimiz isə təkcə budur ki, istifadəçilər xarici vətəndaşlardan gələn e-maillərdən və yazışmalardan maksimum dərəcədə gərək ehtiyatlı olsunlar.

Əks halda problem sizdən uzaq deyil.

Vəfa Nağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR