Niyə ölürük?-BEŞ SƏBƏB
Bizi izləyin

Bilgi.az

Niyə ölürük?-BEŞ SƏBƏB

XX əsrdəki ölümlərinin 5 səbəbi...

İynə-dərmandan istifadə edərək sağalan xəstəliklər, günümüzdə hələ də müalicəsi tapılmayan xəstəliklər, cinayətlər, müharibələr... XX əsrdəki ölümlərinin 5 səbəbi...

1-Keçici olmayan xəstəliklər-1,97 milyard

XX əsrin əsas xəstəlikləri keçici olmayan xəstəliklərdir. Yəni insandan insana keçməsə də orqanizmdəki varlığını qoruyur. Məsələn, ürək və qan damarlarına aid xəstəliklər infarkt və iflicə səbəb olur. Astma və xroniki ağciyər xəstəliyi kimi tənəffüs problemləri olan 274 milyon insan həyatını itirib. Yoluxucu olmayan xəstəliklər kateqoriyasının üçüncüsü həzm problemidir. Şəkərli diabet nəticəsində 73 milyon insan vəfat edib. Bu cür narahatlıqlar XX əsrin əvvəllərindən başlayaraq müdaxiləsi mümkün olmayan xəstəliklərdir.

2-İnfeksiya ilə keçən xəstəliklər-1,68 milyard

İnfeksiya xəstəlikləri günümüzdə mübarizə apardığımız faktdır və hər an bizi təhdid edir. Hazırda rast gəldiyimiz qrip XX əsrin əvvəllərində ölümcül xəstəlik kimi qiymətləndirilirdi. Suçiçəyi xəstəliyi 226 milyon insanın həyatına son qoyub.

3-İnsan-980 milyon

Bir az qəribə bir başlıqdır, amma insanoğlu bu vaxta kimi bir çox ölümə səbəb olub. Bu bir əsr ərzində 177 milyon insan cinayət nəticəsində həyatını itirib. Müharibələri də unutmamalıyıq. Avtomobil qəzası, kreslodan yıxılmaq və ya sadəcə yanlış zamanda yanlış yerdə olmaq kimi səbəblər 298 milyon adamın həyatı bahasına başa gəlib. Siqaretdən, içkidən və narkotikadan ölməyin məsuliyyəti də götürülməlidir. Bu kateqoriyadakı ölü sayı son bir əsr ərzində 115 milyondur. Ekologiya problemindən 116 milyon, soyqırım, müharibə, hökumətlər arası narazılıqlar kimi ideoloji səbəblərə görə 142 milyon adam ölüb. Sadəcə kommunizm 94 milyon can alıb. Son olaraq intihar ölümləri son bir əsrdə 89 milyondur.

4-Xərçəng-530 milyon

Ağciyər xərçəngi 93 milyon, mədə xərçəngi 64 milyon, qaraciyər xərçəngi 46 milyon, döş xərçəngi 36 milyon adamın can itkisinə səbəb olub.

5-Fəsadlar

1900 və 2000-ci illər arasında səhiyyə sistemi inkişaf edirdi. Başlıca səhiyyə fəsadları hamilə qadın və körpələrin ölümünə səbəb olurdu. Xüsusilə yanlış qidalanma 59 milyon can alıb. Doğum zamanı yaşanan problemlər 51 milyon, anaya aid fəsadlar 64 milyon, hamiləliyin son dövrlərində yaşananlar isə 155 milyon insanın ölümünə gətirib çıxarıb.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm