Evinə qayıda bilməyən kişi aylarla hava limanında qaldı- Foto
Bizi izləyin

Bilgi.az

Evinə qayıda bilməyən kişi aylarla hava limanında qaldı- Foto

Evinə qayıda bilməyən kişi aylarla hava limanında qaldı-Foto

İspaniya vətəndaşı Rodriqo Ben-Azul vətəni İspaniyaya qayıda bilmədiyindən Çili aeroportunda nə az, nə çox, 8 həftə yaşayıb.

Qeyd olunur ki, ispaniyalı Çiliyə hələ keçən ilin noyabr ayında ailə üzvləri arasında baş vermiş mübahisəni həll etmək üçün gəlib və Santyaqo şəhərində pulu bitənə kimi yaşayıb. Lakin mübahisə bitməmiş, o, vətəninə qayıtmağı düşünüb. Pulsuz qalan İspaniya vətəndaşı bilet almağa pulu olmadığı üçün hava limanının terminalında yaşamağa qərar verib. Rodriqo terminalda yaşayarkən ailə üzvlərindən kiminsə ona bilet almaq üçün pul göndərəcəyini ümid edib, lakin göründüyü kimi o, ümidini sonadək itirməyib və düz 8 həftə orada qalıb. Hava limanının işçiləri bildirir ki, Rodriqo axşamlar harada gəldi yatır, səhərlər isə hava limanının zalında çamadanlarını ardınca daşıyaraq gəzir. Yeməyini isə zibil qablarından yığan ispan vətəndaşı aeroport işçilərinə boş qutuları daşımaqda kömək etdiyi üçün zəhmət haqqı alır.

Onun tarixçəsi 2004-cü ildə Tom Henksin başçılığı ilə çəkilmiş “Terminal” Hollivud filmini xatırladır. Filmdəki baş qəhrəman da, ölkəsində baş vermiş konfliktə görə öz vətəninə qayıda bilmədiyi üçün 10 həftə hava limanında yaşamalı olub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm