36 milyonluq fincan - Video
Bizi izləyin

Bilgi.az

36 milyonluq fincan - Video

36 milyonluq fincan

Çini fincan Honkonqda keçirilən "Sotheby’s" hərracında rekord qiymətə - 36 milyon dollara satılıb. ANS PRESS-in məlumatına görə, üzərində xoruz, toyuq və cücə şəkli olan fincanı Şanxaydan olan kolleksiyaçı əldə edib. Fincan Çinin Min sülaləsinə aid olduğu bildirilir. 8 sm diametrli fincan 1465-1487 illərdə hakimiyyətdə olan imperator Çju Tszyanşenin zamanında hazırlanıb.

"Sotheby's" hərracının rəsmi məlumatına görə, 500 yaşlı eksponat 2010-cu ildə 32,4 milyon dollara satılan çini qabın rekordunu təzələyib. Saytda bu çini fincan haqqında məlumatlarda qeyd olunur ki, bu fincanlarda dünyada 17 ədəddir.

"Bu Çin sənətinin müqəddəs Fincanın yeni sahibi Liu Yiqian adlı alıcının 900 milyon dollarlıq sərvəti ilə Çinin ən zəngin 200-cü adamı olduğu təxmin edilir. Fincanın Liu və həyat yoldaşının 2012-ci ildə Şanxayda açdığı "Liu Long" muzeyində sərgilənəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm