Dünyanın 10 ən qəribə telefonu - FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Dünyanın 10 ən qəribə telefonu - FOTOLAR/VİDEO

Mobil telefon istehsalçıları da dizaynerlər kimi eksperimentlərin əleyhinə deyil.

Publika.az müxtəlif, əcaib telefon modellərini təqdim edir.

"Nokia 888" çox hərəkətli smartfondur. Onu istədiyiniz kimi qatlamaq və əymək olar.

"Esı 107" telefonu Çin şirkətinin məhsuludur. Bu model ən yüngül və yığcam telefon kimi tanınır. Çəkisi cəmi 40 qramdır. Bu, ən kiçik telefon rekordçusudur.

"HYUDAI MP280" telefonu 2005-ci ildə buraxılıb. Onun əsas fərqləndirici xüsusiyyəti telefonun korpusunu açanda avtomatik olaraq çox azca "Marc Jacobs Decadense" ətri sıxılmasıdır.

Çin telefonu-portsiqar. Hibridi və qutu siqareti olan çox nadir telefondur.

"Toshiba G450". Bu qurğu orijinallığı ilə digərlərindən kəskin şəkildə fərqlənir. Zahirən bu telefon yaddaş kartını daha çox xatırladır.

"Sirenne" telefonu "Samsung", "Bang & Olufsen" şirkətləri istehsal edib. O, orijinal dizayna malikdir. Zahirən bu telefon stolüstü saatı daha çox bənzəyir.

"Radio HI-FI tander Super" telefonu dünya bazarına düşməyib. Amma hər halda jurnalistlər Tayvanda keçirilən sərgidə görməyə nail olub. Bu telefon musiqi canlandırmaq funksiyasını özündə birləşdirirdi.

Sınağa bənzəyən telefon. Bu tanınmış "Nokia" brendinin eksperimental modelidir. Telefonun batareyasını adi qazlı su ilə doldurmaq planlaşdırılmışdı.

"Xamellifon" telefonu "Fudjitsu" şirkətinin məhsuludur. Bu qurğunun özəlliyi damcı kimi olmasıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm