Bilgi.az
Əkizlərin ən çox dünyaya gəldiyi yer - Foto
Braziliyanın Kandido Qodoi şəhəri doğrudan da qeyri-adi yerdir. Yerli əhalisinin əksəriyyəti əkizlərdən ibarət olan şəhərə “Əkizlər torpağı” adı verilib. Bu şəhərdə hər on nəfərdən biri əkiz doğulur və əkizlərin sayı burada orta dünya statistikasından 1000 dəfə çoxdur. Şəhərin 6,600 əhalisindən 700 nəfəri əkizlərdən ibarətdir.
Çox maraqlıdır ki, əkizlərin çoxluq təşkil etdiyi bu şəhərdə rast gəlinən fenomen hadisənin yaranmasında nasistlər günahlandırılır. İddia olunur ki, Adolf Hitlerin “Ölüm Mələyi” kimi tanınan qəddar məmurlarından biri olan həkim Cozef Menqele nasist Almaniyası devrildikdən sonra Braziliyaya qaçıb. O, Auşvitz həbs düşərgəsinin həkimi olub və 400,000 yəhudinin öldürülməsində günahlandırılır. Elə zənn olunur ki, o, Braziliyaya gəldikdən sonra öz təcrübələrini burada davam etdirib.
Ari irqini yaratmaq üçün o, ölüm düşərgəsində çalışarkən insanlar üzərində olmazın təcrübələr aparıb və onlardan biri də Ari irqinin süni artırılması üçün əkizlərin yaradılması olub.
Onun bu təcrübəsi Braziliya şəhərinə gələnə qədər həyata keçirilmədi və tarixçilər iddia edir ki, onun zəhməti öz bəhrəsini məhz Braziliyada verdi.
Yerli əhali deyir ki, Menqele 1960-cı illərdə dəfələrlə Braziliyaya gəlib və qadınlara tibbi yardım göstərib. Onlar deyir ki, Menqele qadınlara əkiz doğuran həblər və hormonlar verib.
Qeyd edək ki, Kandido Qodoi şəhəri alman dilli əhali tərəfindən məskunlaşıb.
Camalə
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ