Bir həftəlik xoşbəxtlik axtaran qadınlar ölkəsi - Tailanddan REPORTAJ
Bizi izləyin

Bilgi.az

Bir həftəlik xoşbəxtlik axtaran qadınlar ölkəsi - Tailanddan REPORTAJ

Bir həftəlik xoşbəxtlik axtaran qadınlar ölkəsi - Tailanddan REPORTAJ

Bəlkə də 20 ilin söhbətidir. Deyirdilər, bu ölkədə qız uşaqları dünyaya gələndə ata və oğul sevinərmış. Onlara pul gətirən, ailəyə baxacaq qadın doğulduğu üçün. Elə o zaman da eşitmişdim ki, Tailand Krallığı seksin simvolu, seks sənayesi ilə məşğul olan bir ölkədir. Buna görə də turistlər daha çox bu krallığa axışır...

Aradan illər keçdi, Tailand dünyanın ən gözəl və böyük turizm mərkəzinə çevrildi. İnsanlar Tailanda sadəcə ucuz qadın, “ledi-boylar”a (qadın-kişilər) tamaşa etmək, su qiymətinə olan içkilər və ucuz, acı tay yeməkləri və sitrus meyvələrini dadmaq üçün deyil, krallığın ekzotik gözəlliyinə baxmaq, akrobat-rəqqasələrə tamaşa etmək, təmiz çimərliklərində günəşlənmək, tropik iqlimə sahib olan adalarını gəzmək, tay xalqının gülər üzlülüyünü, mehribanlılığını görmək, yüksək səviyyəli xidmətlər göstərən otellərində dincəlmək, tibb mərkəzləri, masajxanalarından bəhrələnmək üçün gəlirlər. Məhz bu meyarlara görə, Tailand dünyanın ən gözəl turizm ölkəsi kimi qəbul edilir. Hər il milyonlarla turist bura üz tutur. Deyilənlərə şahid olmaq üçün krallığa səfər etdim.

Puket - turistlərin ən sevimli məkanı


Bu adanı paytaxt Banqkokdan təyyarə ilə 1 saatlıq yol ayırır. Banqkok kimi tıxaclı, göydələnlərə əhatə olunmuş, sayı-hesabı bilinməyən körpülər şəhəri deyil Puket. Burası tam başqa bir məkan. Dəniz ortasındakı dağlıq ada dolama yollarla əhatə olunub. Yolboyu banan, kakos, manqo ağacları, plantasiyalar salınıb. Sanki, şəhər sırf turistlər, qonaqlar üçün nəzərdə tutulub: başdan-başa otellər, barlar, restoranlar, masaj, gözəllik salonları, böyük ticarət mərkəzləri... Şəhər sakinləri mərkəzdən kənardakı evlərdə yaşayırlar. Qarşılaşdığın insanlar əllərini ovuclarına birləşdirib başlarını önə əyərək tay dilində “savad dii ka”, “subay dii may”, yəni “salam, necəsiniz” deyirlər. Azərbaycanı isə tanımırlar. Rusiya və Türkiyənin qonşusu olduğumuzu güclə başa sala bildim. Şəhərdə ümumiyyətlə, ictimai nəqliyyat yoxdur. Burada hamı ya şəxsi avtomobildən, ya taksidən, ya da özəl motosikletdən istifadə edir. Buna görə də Puketdə varlı və kasıbı ayırmaq asan deyil. Və bütün avtomobillər qara plyonkalıdır. Turistlər otellərin nəzdindəki avtobuslardan gün ərzində 5-6 dəfə pulsuz istifadə edirlər. Otellər istənilən görməli yerlərə, safari turları təşkil edir. Otel avtobuslarından və taksilərdən imtina edənlərin motosiklet kirayələmək imkanı var. 5-6 manat civarında pul ödəməklə günün 24 saatını motosikletdən şəxsi əmlakın kimi yararlanacaqsan.

Puket də daxil olmaqla ölkədə fəaliyyət göstərən otellərinin, böyük gecə klublarının demək olar ki, çoxunun sahibləri avropalılardı. Avista otelinin Almaniyadan olan baş aşbazı yeni gələn qonaqlarla görüşərək yeməklərin keyfiyyəti ilə maraqlanır. Səhər yeməyindən əlavə, gündə bir dəfə otelin kafesindən və hovuzun barından istifadə pulsuzdur. Otel otaqlarına gün ərzində şirniyyat, meyvə, sular havayı gətirilir. Bəzi otellərdə isə günorta saatlarından sonra yüngül qəlyanaltı üçün pul ödəmirsən. Yeri gəlmişkən, Tailandın bir çox otellərində müştərilər üçün günlük istifadəyə verilmiş başmaqlar, çantalar, çətirlərin oranı tərk edərkən otelə buraxılması vacibdir. Əgər müştəri ona istifadə üçün verilmiş əşyaları birdəfəlik özüylə götürmək istəyərsə, bunun üçün müəyyən məbləğ ödəməsi şərtdir. Otel xidmətçiləri dəhlizdə ayaqqabılarını soyunub sonra otaqlara daxil olurlar. Hətta restoran və ya kafedə oturduğun yerdə verdiyin sifarişi əyilərək, dizlərini yerə qoyaraq qəbul edirlər. İstər otel xidmətçiləri, istərsə də restoran və barlarda çalışan ofisiantlar olsun, az miqdarda bəxşiş versən belə, başlarını əyib dəfələrlə təşəkkür edəcək. Hər şey əladır, bir bu iranlıların səsi-küyü olmaya. Harda olursan ol, ətrafındakılara məhəl qoymadan ucadan danışmaq adətini iranlı turistlər heç yanda tərgidə bilmirlər.

Bu ölkədə avtomabil yolları soldan sağa hərəkət edir. Elə avtomobillərin də sükanı sag tərəfdədir. Orada olduğum günlər ərzində bu dolama və solaxay yollarda heç bir yol qəzası ilə qarşılaşmadım. Hətta yağışlı havada belə, tıxacda qalmaq qeyri-mümkündür. Şəhər mərkəzində çox az yerlərində işıqforlar görmək olar. Ümumiyyətlə, sürət göstəricisi də yoxdur. Sadəcə şəhərin girişində bir-iki yerdə asvalt döşəmədə böyük rəqəmlərlə yazılmış sürət göstəricisi nəzərə çarpır. Elə asayiş keşikçiləriylə də tək-tük hallarda qarşılaşacaqsan.

Masmavi dəniz



Sahil boyu ucu bucağı görünməyən çimərlikdə “lejanka”lar, çətirlər düzülüb. Kimliyindən aslı olmayaraq burada nə dənizin kənarı hasara alınıb, nə “lejanka”lar pulla kirayə verilir. Heç kim buranın suyunu, dənizini hasarlaya, torpağını zəbt edib özəlləşdirə bilməz, təbiətin bütün gözəllikləri xalqa, qonaqlara məxsusdur. Mavi rəngli dənizinə tamaşa etmək, parıltılı qumluqlarında gəzmək, palma ağaclarının kölgəsində sərinlənmək insana zövq verir.

Puketdəki kiçik adaları səyahət etmək dənizdə yaxşıca üzməyi bacaranlar üçündür. Adalara gedib dənizin dibinə baş vurub balıqlarla bu gözəlliyi görmək başqa aləmdir. Əgər bu zövqü almayacaqsansa, adalara getməyə dəyməz.

Pələnglər - böyük pişiklər


Puketə getmisənsə, mütləq Pələng Krallığına (“Tiger Kingdom”) baş çəkmək lazımdır. Bizə görə yırtıcı, vəhşi pələnglər, onlara görə böyük pişiklərdir. Bu pişiklər doğulandan insanlar arasında böyüyür. Onlarla yatır, durur, oynayır. Bu üzdən də yabancı insanlara zərər yetirmirlər. Təbiətin vəhşi krallarını görmək, toxunmaq, şəkil çəkdirmək üçün qiymətlər 20-40 manat arası dəyişir. Maraqlı odur ki körpə pələng balalarının qiyməti böyük pələnglərdən bahadır. Pulunu ödəyib biletini alıb, bir az da cəsarətini toplayıb qəfəsə daxil ola bilərsən. Budur, sən meşələrin ən vəhşi heyvanlarının arasındasan. Amma bunun üçün müəyyən şərtlərə əmək etmək vacibdir. Fotoaparatın flaşından istifadə edilməyəcək, çünki işıq onların gözünə zərər yetirə bilər. Pələngin üzünə və ön pəncələrinə toxunmayacaqsan, ona arxa tərəfdən yaxınlaşacaqsan, qəfəsdə tək gəzməyəcəksən, qəfəsə çanta və hündür daban ayaqqabıyla girməyəcəksən, ucadan bağırtıyla danışmayacaqsan, parkda gəzişərkən qəfil hərəkətlər etməyəcəksən, sərxoş halda ora girməyəcəksən, pələng balasını qucağına alıb yuxarı qaldırmayacaqsan və əllərini yalamasına imkan verməyəcəksən. 18 yaşından kiçiklərin böyük pələnglərlə görüşməsi məsləhət deyil. Xidmətçilərə xırda xərclik verdinmi, qəfəsin bütün pələnglərini ətrafına toplayacaq.

Bəndəniz də kiçik səxavət göstərdiyi üçün bir an içində 6 pələng ətrafında dövrə vurdu. Bəzən bu pələnglərə uyuşdurucu iynələr vurulduğunu deslələr də, bu iddia bu günə kimi sübut olunmayıb. Belə olsaydı indi çoxdan heyvansevərlər cəmiyyətləri ayağa qalxmışdı. Nə də bu heyvanlar heç kimə hücum etməyib. Əks təqdirdə Pələng Krallığı çoxdan bağlanardı.

...Sadəcə pələngləri deyil, ümumiyyətlə, burada vəhşi təbiətin bir çox heyvanlarını yaxından görmək imkanı var. Bunun üçün müxtəlif heyvanxanalar fəaliyyət göstərir və ayrıca, şəxsi və ya kollektiv surətdə safari gəzintilərindən yararlana bilərsən. Şəhər mərkəzindən kənardakı dağlıq ərazidə 15 manat ödəniş edib fillərin belində 30 dəqiqə meşənin dərinliklərinə gedib, dağın zirvəsinə qalxıb şəhərin gözəlliyini seyr edəcəksən. Dağ qartalını çiyinlərində oturtmaq şansını da qaçırmayacaqsan.

Taylılar də daxil olmaqla Uzaq Asiya xalqları meşə heyvanlarına çox diqqətli, qayğıkeşdilər və xüsusi sevgi sərgiləyirlər. Elə məbədlərində də ilan, fil, pələng heykəlləri bunu sübutdur. Bu heyvanları buddizimin də simvol hesab edirlər.

Böyük və kiçik buddalar


Ölkənin 95 faiz əhalisi buddizm dininə sitayiş edir. Şəhərdə çoxlu sayda irili-xırdalı məbədlər, yol kənarlarında dua evləri var. Dağın ən yüksək zirvəsində isə Böyük Budda məbədi yerləşir. Düzdür, yolları bərbad olsa da, ağ mərmərdən hazırlanmış və hələ də təmiri bitməyən bu Böyük Budda məbədinə əsasən turistlər axışır. Olduğum digər məbədlərdə də turistlər, qonaqlarla qarşılaşdım. Bəzən tay kişiləri “buddaya yemək verməyə gedirsiniz” deyə gülə-gülə söz atardılar. Yerli camaatdan “məbədə niyə ziyarətə getmirsiniz” deyə sual verdikdə bəziləri cavab verdi ki tay qadınları dua etmək üçün məbədlərə səhər saat 6-8 arası gedirlər.

“Patong Beach” - Puketin “tarqovısı”


Şəhərdə kiçik və böyük restoranlar səhər saatlarında açılsa da, gecə barları qapılarını günorta saatlarından sonra müştərilərinə açıq saxlayır. “Patong Beach” bizim məşhur “Tarqovını” xatırladır. Düzdür, gündüzlər bu məhəllə avtomobil və motosikletlərin ixtiyarında olsa da, gecə həyatı axşam 18.00-dan sonra başladığından bura artıq əyləncəli zona hesab edilərək avtomobillərin hərəkəti üçün bağlı saxlanılır. Bunun üçün polis nəzarəti də gözə dəyir. O saatdan sonra qısa yubkalı, alt paltarında yarı çılpaq qızlar küçələrdə dolaşır, barların qarşısında dayanaraq turistləri məkanlarına dəvət etməklə və ya onların əlindən tutub içəri basmaqla məşğuldurlar. Sən ya istəyəcəksən, ya da mədəni surətdə qızların əllərindən çıxıb canını qurtaracaqsan. Bu məhəllənin Amsterdamın “Qırmızı fənərlər küçəsi”ndən fərqi yoxdur. Pəncərənin arxasından sənə baxan yarıçılpaq qızları öz ixtiyarına ala bilərsən.

Tailandda fahişəliklə, rəqqasəliklə məşğul olan rus gözəlləri də az deyil. Uzun saçlı sarışın rus gözəllərinin pəncərə arxasındakı erotik hərəkətlərinə isə hamı maraqla tamaşa edir. Burada əllərində müxtəlif qadınların çılpaq şəkillərini sizə təqdim edənləri yarıb keçmək də müşkül məsələdir. Qarşınızda “ledi-boylar” dayanacaq, cüzi miqdarda pul verib onlarla şəkil çəkdirmək üçün.

Banqkokdan fərqli olaraq Puket bar və gecə klublarında striptizlər yoxdur. Barlarda siqaret tüstülətmək və tatulu rəqqasə qızların şəklini çəkmək yasaq deyil. Tatulu ona görə dedim ki, bədənlərinin müxtəlif yerlərində döyməsi olmayan qadın yoxdur. Professional akrobatik hərəkətlərlə qızlar klublara yetərincə müştəri toplaya bilirlər. Ölkənin bütün bar və gecə klublarının içərisi eyni dizaynlıdır - masalar və onun üstündə bərkidilmiş dəmir dirəklər. Qızlar masalara qalxaraq bu dirəklərə sarılıb rəqs nömrələri təqdim edir. Və bu qızların yerini digər qızlar növbəylə əvəzləyir. Bəzi barlarda qızlar günə 8-10 manat qarşılığında rəqqasəlik edir. Digər yerlərdə qiymətlər dəyişir. Müştəriylə getmək 10-25 manat arası təşkil edir. Cinsi əlaqə olmasa belə, içkiyə, yeməyə qonaq etmək qadına kifayət edər.


Puket küçələrdində dayanıb müştəri axtaran fahişələr çox da gözə dəyməz. Bu mənzərəylə Banqkok və Pattayada rastlaşacaqsan. Pattaya isə əsil dəlixanadır. Pattaya küçələri nəinki gecələr, gündüzlər də “ledi-boylar”ın, fahişələrin, transların ixtiyarındadır. “Büm-büm” sözü isə tay fahişlərinin məşhur kəlamıdır. Qadınlar kişilərə intim münasibət təklif etmək istədikdə “büm-büm” deyə müraciət edəcək. Bu isə “sevişmək istəyirsənmi” mənasını verir. Pattaya küçə və barlarında narkotik satıçıları da az deyil. Burada bir az diqqətli olmaq lazımdır. Çünki, motosikletlə dolaşanlar bir anda əlindəki mobil telefonunu, pul kisəni alıb qaça bilər. Pattayada daha çox ruslar səfər edir. Şəhərdə 50 min manata aldıqları şəxsi evlərinə tətil və bayramlarda dincəlməyə gəlirlər. Pattayada hər il “Miss Tiffanının dünyası” adı altında “ledi-boylar”ın gözəllik müsabiqəsi keçirilir. Tailandın məşhur manikenləri, aktroyları, idmançıları, TV aparıcıların çoxu transseksuallar, “ledi-boylar”dır. Bu ölkəyə səyyahət edərkən qadın ayaq yollarında translarla qarşılaşdıqda təəccüb etməyin, bu, normal haldır.

“Simon Cabaret”in “xanımları”

Bu məşhur şou klub Puketdə 1991-ci ildən fəaliyyət göstərir. Şouya tamaşa etmək üçün yaş həddi yoxdur, böyükdən kiçiyə hamı üçün klubun qapıları açıqdır. Şounu izləmək istəyən tamaşaçılara ora gəlib qayıtmaq üçün klub xüsusi mikroavtobuslar təşkil edir. Hər gün şou-proqramlar anşlaqla keçir. Proqramlarında müxtəlif xalqların tarixindən səhnələşdirilmiş rəqs nömrələri göstərilir. Musiqi seçimi, səhnə tərtibatı, rəqqasələrin kostyumları isə möhtəşəmdir. Klubun bütün rəqqasələri “ledi-boylar”dı. Səslərini eşitməsən, xarici görünüşlərinin qadından heç bir fərqi yoxdur, hündür boylu və yaraşıqlıdırlar. Plastik əməliyyatdan sonra isə qadından ayırmaq çox çətindir. Şou zamanı foto aparat və kameradan istifadə etməmək barədə xəbərdarlıq edilir. Əks təqdirdə cərimələnərək zaldan çıxarılacaqsan. Şou başa çatdıqdan sonra bu “xanımlar” səhnənin arxasında sırayla düzülüb 5-6 manat məbləğində şəkil çəkdirmək üçün özləri sənə yalvaracaq. Bu “qadınlar”ı görəndə Bülənd Ərsoyu xatırladım. Fərq o idi ki, “ledi-boy” Bülənd Ərsoy müğınni, bunlarsa rəqqasələrdir.

Banqkok - göydələnlər şəhəri


Banqkok, baş gicəlləndirən, amma bir-birinə yaxın məsafədə tikilən yaraşıqlı, fərqli dizaynlı göydələnləriylə insanı valeh edir. Paytaxt tıxaclarla dolu olsa da, Bakımız qədər yollarda əziyyət çəkmirsən. Çünki tıxacların və baş verə biləcək qəzaların qarşısını almaq üçün çoxlu sayda körpülər salınıb. Tez-tez hökumət əleyhinə keçirilən etiraz aksiyaları şəhərə gələn qonaqların, turistlərin, gecə klubların, çılpaq rəqqasələrin əyləncələrinə mane olmur. Çünki bu aksiyalar paytaxtın mərkəzindən kənarda baş verir. Amma Puketdə rastlaşmadığın bomj və dilənçilərlə paytaxt küçələrində tez-tez üzləşəcəksən. Burada da mərkəzi küçələr yanbayan otellər, restoranlar, barlar, çoxmərtəbəli ticarət mərkəzləriylə zəngindir. Banqkokun gecə həyatı heç də Puket və Pattayadan geri qalmır. Fərq odur ki, buranın gecə klublarında rəqqasə qızların fərqli geyim üslubu var.

Çılpaq qızların rəqsi


Buna Banqkokun mərkəzi küçəsində yerləşən “The DollHouse” geçə klubunda tamaşa etmək olar. Burası tam başqa məkandır. Rəqqasə qızlar çılpaq halda hündürdaban ayaqqabı və ya çəkmələrlə masaların üstündə oynayır. Buna oynamaq deyil, özlərini sağa-sola burcutmaq deyirlər. Banqkokdakı bütün gecə klubları, barları Puketdəkilərdən seçilir. Buranın barları dörd bir yanı və tavanı güzgülüdür. Banqkokda fəaliyyət göstərən bütün bar və gecə klublarında rəqqasələrin sinələrində nömrələri yazılıb. Bu da müştəri seçimini asan etməsi üçün nəzərdə tutulub. Çılpaq qızların nömrələri isə nazik lentlə ayaqlarına bağlanılıb. Buna baxmayaraq lüt qızların klubu müştəri sarıdan kasadlıq çəkir. Onlara görə çılpaq rəqs etmək normal sayıldığından, müştərilər, turistlər üçün bunu izləmək adiləşib. Məhz buna görə də müştərilər və turistlərə Banqkok gecə klublarındakı çılpaq bədənə 13-15 sm uzunluqda qısa yubka geyinərək masalarda rəqs edən qızlara altdan yuxarı baxmaq daha maraqlı gəlir. Ümumiyyətlə, Banqkok və Pattayanın gecə klublarında çalışan qızlar masaların üstündə rəqslərini yarıçılpaq bədənə qısa yubka geyinərək göstərirlər. Barlardan 1 metr kənarda qarayanız, çılız Tailand oğlanları qoruyucular satmaqla məşğuldurlar.

Ban1kokdakı “Tilac” gecə klubunda 150-yə yaxın rəqqasə çalışır. Aylıq məvacib 400 manat təşkil edir. Digər qazanclarını isə müştərilərlə gecələməkdən əldə edirlər. Seksual xidmətlər turistlərin qaldıqları otel nömrələrində baş verir. Bu, bir bar üçün göstərici sayıla bilər. Digərlərində bundan çox və ya az qız işləyir. Puketdə klublar gecə saat 2-də bağlandığı halda, Banqkok və Pattayada onların fəaliyyəti gece saat 3-ə kimi davam edir.

Ucuz, amma keyfiyyətli masajxanalar

...Əvvəllər hindistanlı və pakistanlıları natəmiz olduqları üçün bu ölkədə restoranlara, otellərə buraxılmırdılar. İndi artıq onlar da gözə dəyməyə başlayıb. Nadır hallarda qara dərili görə bilərsən. Tay qadınları zənci, pakistan, hind kişilərini sevmirlər. Ehtiyac yaranarsa onlarla pul qarşılığında sevişəcəklər. Onların şikarı sarışın, yaraşıqlı Avropa kişiləridir. Həm də təəccüb etdim, Avropanın bu yaraşıqlı kişilərinə: qısaboylu, qarabuğdayı, qaraçıyabənzər çirkin tay qadınlarını hərəsi bir qoltuğuna vurub gəzişirlər. Lakin aralarında tay qadınlarıyla evlənib uşaq sahibi olan avropalılar da az deyil. Avropalı kişilərin tay qadınlarıyla evlənməyə üstünlük verməsinin maraqlı tərəfi odur ki, bu qadınlar ərləri işdən evə döndükdə onun necə lazımsa qayğısına qalır: masaj edir, çimizdirir, yeməyini verir, qadını kimi qulluğunu göstərər. Bu adət hər gün baş verir. Bunun üçün də Avropa kişisi qulluq, sakitkik, xoş üz üçün taylarla evlənirlər. Tək tay deyil, qonşu Laos və Kambucya qadınları da belə üsulla avropalıları evlənməyə həvəsləndirir.

...Tailandda mində bir yaraşıqlı kişi olarsa, yüzdə bir gözəl qadın görə bilərsən. Taylılar kobud, enli burundan əziyyət çəkirlər. Demək olar ki ölkənin yarıdan çox qadını burunlarını estetik əməliyyatla kiçildiblər. Banqkokda Amerika standarlarına uyğun çoxlu sayda tibbi mərkəzləri, klinikalar fəaliyyət göstərir. Amerikadan və Koreyadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəsislər, cərrahlar çalışırlar. Yüksək səviyyəli burun əməliyyatının qiyməti 600-650 manat, adi estetik əməliyyatın qiyməti isə 200 manatdır. Nəzərə alsaq ki bu ölkədə “ledi-boylar”ın sayı durmadan artır, kişi cinsiyyətini dəyişmək də adiləşib. Filippin qadınlarından fərqli olaraq tai qadınları sinə sarıdan bəxti gətirməyib. Yaxşı sinəyə sahib olmaq üçün cərrahi yolla silikonlardan istifadə edirlər. “Ledi-boylar” isə qolun yuxari hissəsindəki və ayağın bud nahiyəsindəki piy qatından götürtməklə təbii sinəyə malik olurlar. Bu əməliyyat 2 min manata başa gəlir.

Tailandın hava limanı, ticarət mərkəzləri də daxil olmaqla, küçə boyu irili-xırdalı masajxanalar fəaliyyət göstərir. Ayaq və bədən masajının 1 saat qiyməti 7-10 manatdır. Müxtəlif masaj növləri mövcuddur. Ən məşhuru isə sabun masajıdır ki, bu masaj iki çılpaq qadının bədən masajı adlanır. Masaj sonrası isə...

Gözəllik salonları da az deyil. Bu salonlarla sadəcə küçələrdə deyil, bütün ticarət mərkəzlərində qarşılaşacaqsan. Burda da müxtəlif qiymətlər var. Üz təmizləmək, sızanaqlardan azad olmaq, bir neçə maska, qidalandırıcı müalicə, masaj - bütün bunlar 12 manatlıq qiymət paketinə daxildir.

Olduğun şəhərlərdə özəl camaşırxanalardan istifadə çox sərfəlidir. Məsələn, 3 kilo paltarlarınızı yudurtmaq üçün 1 manat 50 qəpik ödəyib, bir gün sonra yuyulmuş, ütülənmiş paltarlarınızı təhvil alacaqsınız.

Adanın “xoşbəxt insanları”

...Elə bil taylılar dünyaya gülə-gülə doğulublar. Dolanışıqdan əziyyət çəksələr belə, hər kəsin üzündə gülüş var. Onlar üçün günlük çörək pulu qazanmaq, ailəsini dolandırmaq yetərlidir. Gözlərinə nə bahalı avtomobillər, nə villalar görünər, nə də bank hesabları üçün çalışarlar. Bir çox ailədə kişilər işləməz, evdə oturub içki içər, qadın əlinə baxar. Bundan bezib boşanan ailələrin sayı minlərlədir. Zəhmətkeş qadınları da çoxdur bu ölkədə. Nəfəs kəsən istidə taxta arabalarında meyvəsini, təzəvəzini, ayaqüstü yeməyini satıb çörək pulunu qazanırlar. Kənardan həyatlarını istədikləri kimi yaşayan azad insanlar kimi görünürlər. Azadlıq adasının “xoşbəxt” insanları da deyə bilərik. Heç kim onları cinsi azlığına, əxlaqsızlığına görə mühakimə etmir. Nə də küçə alverinə görə ora-bura qovub haqq almır. Və deyirlər, dünyada ən böyük fahişəxanalar, azyaşlı qızların çinsi istismarı bu ölkədədir. Buna görə isə heç kim, heç bir ölkə krallığa “gözün üstə qaşın var” demir.

Tay qızlarına kiçik yaşdan sanki üç şey öyrədilir: ingilis dilində danışa bilmək, massaj etmək, qonaqlara mehriban davranaraq xoş üz göstərmək. Heç də tai qadınlarının hamısı incə belli deyillər. Dolu, şişman qadınlar da tez-tez rast gəlmək mümkündür.

Bəzi adətlərdə tayland dünya dövlətləriylə həmrəy olmur. Məsələn, ildə iki dəfə saatların əqrəbinin hərəkəti Tailandda dəyişdirilmir.

İlboyu hava isti və günəşli keçir. Aprel ayından başlayaraq 3 ay qısa fasilələrlə yağışlar yağır. Ümumiyyətlə, krallığa sentyabr- mart aylarında səfər etmək daha məsləhətli olardı. Diğər aylar isti ərəb ölkələri kimi dözülməz olur.

Sonluq...

Bu ölkədə qadınlar ucuz qiymətə fahişəliyi heç də kef üçün etmirlər. Onlar üçün asan və rahat deyil əcnəbilərin qarşısına qaçmaq, soyunmaq, çılpaq rəqs etmək, içkiyə, yeməyə qonaq olmaq, pul qarşılığında bədənlərini satmaq, ata-babaları yaşda avropalılarla əl-ələ verib gəzib-dolaşmaq. Həm özlərinin, həm də kiçik bacı-qardaşının təhsil haqqını ödəmək, valideynlərini saxlamaq, ailəni dolandırmaq, məhz bu cılız, qarabuğdayı qızların üzərinə düşür. Bu qızların hər müştəriyə gülümsəmələrin arxasında kədər, məcburiyyət gördüm və onları heç də qınamadım. Tailand Krallığının 67 milyona yaxın əhalisi var. Ölkəyə 64 illik krallıq edən 87 yaşlı kral Bhumibol Abulyadej varidatı 35 milyard dollar olmaqla super zəngin krallar siyahısında birinci yerdə dayanır. Bəyan edir ki heç də bu varidat ona deyil, dövlətə məxsusdur. O zaman sual yaranır, əcaba, nədən bu ölkənin qadınları turistlərin hesabına bədənlərini satmaqla yaşamaq uğrunda mübarizə aparmalıdırlar. Bu gənc qadınlar üçün yaşın fərqi yoxdur. 50, 60, 70 yaşlı avropalı olsun, fərq etməz, yetər ki bir günlük, bir həftəlik müvəqqəti nigahsız evlilik dövründə xoşbəxt olsunlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm