Roma Papası qoca müsəlmanın ayağını yudu, öpdü - VİDEO- FOTO
Bizi izləyin

Bilgi.az

Roma Papası qoca müsəlmanın ayağını yudu, öpdü - VİDEO- FOTO

Roma Papası qoca müsəlmanın ayağını yudu, öpdü - VİDEO- FOTO

Roma Papası 1-ci Fransisk dünən "Müdəqqəs Həftə" çərçivəsində Romadakı "Don Gnocchi Centre" katolik reabilitasiya mərkəzinə yollanıb. Burada o, 12 əlil və xəstənin ayaqlarını yuyub, sonra da xəstələrin ayaqlarını öpüb.


Daily Mail bildirir ki, ayaqların yuyulması və öpülməsi ənənəsi Rəbbin Şam Yeməyi barədə İncil rəvayətindən qaynaqlanır.

Rəbbin Şam Yeməyində İsa Məsih həvariyunların ayaqlarını yuyub, bununla da onlara itaət və qardaş sevgisinin nümunəsini göstərib.

"İsa Məsihin irsi odur ki, insanlar bir-birlərinə xidmət etməlidirlər. İndi ayaqları yuyacağam. Amma qəlblərimizdə başqa işləri düşünməli, İsanın vəsiyyətinin bir-birimizi sevməyimiz və sayğı bəsləməyimiz olmasını anlamalıyıq", - dünya katoliklərinin lideri deyib.


Roma Papası 16-86 yaş arasında 8 kişi və 4 qadının ayaqlarını yuyaraq öpüb. Onların arasında 3 əcnəbi, o cümlədən 75 yaşlı liviyalı Həmid vardı.

Ötən il Roma Papası Fransisk İtaliya paytaxtındakı "Kazal del Marmo" həbsxanasında 12 azyaşlı cinayətkarın ayaqlarını yuyaraq öpmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm