Lüks villalar var, yaşayan yoxdur - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Lüks villalar var, yaşayan yoxdur - FOTOLAR

İqtisadiyyatı çox böyük sürətlə inkişaf edən Çində tikinti işləri bir an da səngimir. Şəhərlər dəyişir, qəsəbə və kəndlər böyüyür, yeni şəhərciklər salınır.

Belə şəhərciklərdən biri də Quansi-Çjuan muxtar rayonundakı Beyhay şəhərinin yaxınlığındadır.


100 lüks, dəbdəbəli villadan ibarət şəhərcikdə yaşayan yoxdur.

Behaylıların "Ölü şəhər" adlandırdıqları bu şəhərcikdəki villaların əksəriyyətinin qiyməti 3 milyon yuandan, yəni 310 min dollardan artıqdır.

Villalar var, amma onları alan və yaşayan yoxdur. Artıq 6 ildir ki, "Ölü şəhər" bomboşdur.


Çində belə şəhərciklər və hətta kiçik şəhərlər çoxdur. Onların boş qalmalarının səbəbi isə önəmli iqtisadi mərkəzlərdən, böyük şəhərlərdən çox kənarda, "ölü zona"da olmalarıdır.


Hər il yüz minlərlə villanın tikildiyi və boş qaldığı Çində həmin villaların inşaatı üçün "boşaldılan" ərazilərdə evləri dağıdılan yüz minlərlə insan isə yastı-yapalaq daxmalarda ömür sürmək məcburiyyətindədir./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm