Marixuananı leqallaşdırmaq istəyənlərin yürüşü qadağan edildi
Bizi izləyin

Bilgi.az

Marixuananı leqallaşdırmaq istəyənlərin yürüşü qadağan edildi

Moskvanın şimal-şərq dairəsinin prefekturası mayın 3-də Ümumrusiya Sərgi Mərkəzinin (keçmiş VDNX) girişində marixuanın leqallaşdırılmasına dəstək yürüşü keçirilməsini qadağan edib.



İlk başdan marş dairə rəhbərliyi tərəfindən razılaşdırılıb. Ancaq daha sonra prefektura təmsilçiləri öyrəniblər ki, yürüşün təşkilatçıları “Çətənənin leqallaşdırılması liqa”sıdır və onlar marixuananı dəstəkləmək üzrə aksiyaya hazırlaşırlar. Yürüşün təşkilatçıları marixuana istifadəçilərinin alkoqol və tütün istifadəçilərinə bərabər tutulması uğrunda çıxış etmək istəyirlər.



Buna görə də prefekturada təcili iclas keçirilib və yürüşün məqsədinin narkotiklərin təbliği olması qərarına gəlinib. Prefektura yürüşü qadağan vermək barədə qərar verib. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm