Gözləri olmayan uşaq dünyaya gəlib - FOTO
Bizi izləyin

Bilgi.az

Gözləri olmayan uşaq dünyaya gəlib - FOTO

Çində gözləri olmayan uşaq dünyaya gəlib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, dünyada 10 min nəfərdə bir rast gəlinən nadir xəstəliklərdən biri olan Anophthalmialı uşaq dünyaya gəlib.

Liu Peihua sentyabrın 20-də Çinin Guangzhou hospitalında övladının dünyaya gətirib. Doğuşdan sonrakı müayinlər zamanı bu qeyri-adi mənzərə ortaya çıxıb. Məlum olub ki, körpənin göz almacıqları yoxdu. Körpənin qidalanmasında və gündəlik rejimində heç bir problem yoxdur. Səsə də normal uşaqlar kimi reaksiya verir. Lakin göz qapaqları açılmır.

Qeyd edək ki, bu xəstəlik gözləri əmələ gətirən mayenin yaranmasının qarşısını alır və gözün içinin boş qalmasına gətirib çıxarır. Həkimlər uşağın vəziyyətinin yaxşı olduğunu və böyüdükdən sonra görməsi üçün şüşə göz qoyulacağını deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm