İki Papanı belə müqəddəsləşdirdilər - FOTO
Bizi izləyin

Bilgi.az

İki Papanı belə müqəddəsləşdirdilər - FOTO

İki Papa müqəddəsləşdi - FOTO

Roma Katolik Kilsəsinin başçısı 1-ci Fransisk Vatikanda keçirilmiş təntənəli mərasimdə sələflərini - 20-ci əsrin ən məşhur Papası 2-ci İoann Pavel və "Qırmızı Papa" kimi tanınan 23-cü İoannı müqəddəs bəyan edib.

Unikal hadisə idi. Çünki katolik kilsəsinin tarixində ilk dəfə olaraq bir gündə iki katolik din xadimi, özü də əsrlər əvvəl yaşamış insanlar yox, ötən əsrdə ömür sürmüş şəxslər müqəddəslik zirvəsinə çatmış sayılırdılar.

Milli.Az European-a istinadən bildirir ki, Vatikandakı Müqəddəs Pyotr meydanında yer tutmaq üçün katoliklər mərasimdən bir gün əvvəl yığışmağa başlamışdılar.

Polis müstəsna təhlükəsizlik tədbirlərinə əl atmışdı. Mərasimi 10 min polis qoruyurdu ki, onların 2 mini Müqəddəs Pyotr meydanında idilər.

150 kardinal və 800 keşiş mömin katoliklərə dua vərəqləri və İsa Məsihin çarmıxdakı vücudunu simvolizə edən çörək tikələri, yüzlərlə könüllü isə içməli su paylayırdılar.

Kütlə arasında 2-ci İoann Pavelin xatirəsinin nişanəsi olaraq Polşa bayraqları dalğalanırdı.

Vatikandakı mərasimə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq nümayəndə heyəti qatılmışdı.

Qonaqlar arasında indiki papanın sələfi, taxtından imtina etmiş 16-cı Benedikt də vardı.

1978-ci ildə pontifik seçilmiş polyak Karol Voytıla tarixə 2-ci İoann Pavel kimi düşdü. 1958-ci ildə "Müqəddəs Pyotr taxtı"na çıxan və 23-cü İoann kimi tarixə düşən Ancelo Cüzeppe Ronkalli isə sabiq Sovetlər Birliyi və ABŞ arasındakı düşmən münasibətləri normallaşdırmağa çalışdığı üçün "Qırmızı Papa" kimi tanınırdı.

26 il pontifik olmuş 2-ci İoann Pavel 20-ci əsrin ən məşhur Papası sayılır.

2-ci İoann Pavelin populyarlığı o səviyyədə idi ki, 2005-ci ildə onun ölümündən dərhal sonra mömin katoliklər mərhumun müqəddəs sayılmasını tələb etmişdilər.

Vatikandakı mərasimdəki qonaqlar arasında Nigeriyanın prezidenti Robert Muqabenin yer alması isə suallar yaradıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm