Sabah Günəş tutulacaq
Bizi izləyin

Bilgi.az

Sabah Günəş tutulacaq

Sabah 2014-cü ilin ilk Günəş tutulması baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, Günəş tutulması Bakı vaxtı ilə 8:54-də başlayacaq, 13:14-də başa çatacaq. Baş verəcək hadisə halqavari Günəş tutulması adlanacaq. Bu Günəş tutulması Avstraliya, Hind okeanı və Antarktikada müşahidə ediləcək.

X.Mikayılov qeyd edib ki, Günəş tutulması kimi təbiət hadisələrinin insan səhhətinə heç bir mənfi təsiri yoxdur: "Sadəcə olaraq, belə hadisələr baş verəndə psixoloji baxımdan zəif olan insanlar özlərini qorxudurlar. Əslində isə bu normal təbiət hadisəsidir, həmişə olub və olacaq. İnsanlar belə hadisələr baş verəndə özlərini gərgin vəziyyətdə saxlamalı deyillər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm