Sodanın bu qədər əhəmiyyətli olduğunu bilirdiniz?
Bizi izləyin

Bilgi.az

Sodanın bu qədər əhəmiyyətli olduğunu bilirdiniz?

Adətən sodadan müxtəlif şirniyyatların bişirilməsi zamanı istifadə olunur.

Hər bir mətbəxdə sodanı tapmaq olur. Adətən sodadan müxtəlif şirniyyatların bişirilməsi zamanı istifadə olunur.

Lakin adi sodanı bir çox digər sahələrdə də istifadə etmək mümükündür.

1. Soda məişətdə çox effektli yuyucu vasitə kimi geniş istifadə oluna bilər. Sodanın köməyi ilə qabları, şüşələri, kafeli və s. yumaq mümkündür. Bu xüsusilə yuyucu vasitələrə (camaşır tozu, qabyuyan vasitələri və s.) allergiyası olan qadınlar üçün vacibdir. Soda allergiyalara səbəb olmur.

Sodanın toksiki xüsusiyyətləri yoxdur. Bu səbəbdən sodanı körpə uşaqların qab-qacaqlarının (əmzikli şüşələr, qablar və s.) yuyulmasında istifadə etmək olar.

2. Soda qıcqırma və gəyirmə ilə mübarizədə çox tez kömək edir. Bunun üçün 1/2 stəkan qaynanmış ilıq suda 1/2 çay qaşığı sodanı həll edin və birnəfəsə için. Qıcqırmanın səbəbi mədənin turşluğunun artmasıdır. Soda mədədə olan xlorid turşusunu neytrallaşdırır və bunun nəticəsində qıcqırma və gəyirmə yox olur.

Lakin nəzərinizə çatdıraq ki, bu vasitəni yalnız nadir hallarda və yalnız "təcili tibbi yardım" kimi istifadə etmək olar. Məsələ burasındadır ki, soda mədədə olan xlorid turşusu ilə kimyəvi reaksiyaya girərək, karbon qazı əmələ gəlir. Bunun təsirindən isə mədə şirəsinin ifrazı artır. Nəticədə artıq miqdarlarda ifraz olunan mədə şirəsi mədənin özünü "həzm etməyə" başlayır ki, mədəni daxildən örtən selikli qişasında eroziyalar və xoralar əmələ gəlməyə başlayır.

Bundan əlavə sodanı tez-tez qəbul etdikdə, bu orqanizmin turşu-qələvi balansını poza bilər.

Qıcqırma və gəyirmə sizi tez-tez narahat edirsə, mütləq müalicə üçün qastroenteroloqa müraciət edin.

3. Boğaz ağrısı zamanı (angina, faringit və s.) soda ilə olan qarqaralar çox yaxşı kömək edir. Bunun üçün 1 çay qaşığı sodanı 1 stəkan qaynanmış ilıq suda həll edin və qarqara edin.

4. Ayaqlarınızda köhnə bərk döyənək ("mozol"), dabanlarınızda çatlar varsa, soda ilə ayaq vannaları qəbul edin. Qaynar suya 2 xörək qaşığı soda əlavə edin. Belə vannalar dərini çox yaxşı yumşaldır. Daha sonra isə çatlar zamanı dərinizi daban daşı ilə yaxşı sürtün və vazelin çəkin, döyənək zamanı ilə xüsusi plastırdan istifadə edin.

5. Diş iltihabı (flüs) zamanı da soda ilə qarqaralar yaxşı kömək edir. 1 çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və qarqara edin.

6. Ağcaqanad və digər həşaratların dişləməsi qaşınmaya səbəb olur. Qaşınan yerə soda məhlulunda isladılmış (1 çay qaşığı soda + 1 stəkan su) pambıq qoyun. Qaşınma tez keçəcək.

7. Bəzi qadınlarda antipersperantlardan istifadəsi allergik reaksiyaya səbəb olur. Bu halda da soda kömək edə bilər. Quru təmiz qoltuqaltı nahiyələrinə bir qədər soda sürtün. Bu sizi tər iyindən xilas edəcək.

8. 1 çay qaşığı sodanı 1 xörək qaşığı xama ilə qarışdırın. Bu çox yaxşı skrab və eyni zamanda üz üçün ağardıcı maskadır. Təmiz üz dərisinə çəkin və 15 dəqiqədən sonra masaj xətləri üzrə yüngül masaj edin. Daha sonra ilıq su ilə yuyun. (saglamolun.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm