• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Özünü "ehtiraslı gözəl" adlandıran 86 yaşlı nənə - FOTOLAR

  • Maraqlı
  • 29 Aprel 2014 10:58
  • 2 765 Baxış
Özünü "ehtiraslı gözəl" adlandıran 86 yaşlı nənə - FOTOLAR

"Yaşımın çoxluğu mənimçün əsla əhəmiyyət kəsb etmir. Mən ehtiraslı gözələm və bunu əla bilirəm. Qadınlar, məndən qorxun! Çünki vücudum, şövqüm, cazibəm çoxdur".


86 yaşlı Baddi Vinkl Twitter və İnstagram-dakı profillərində sürəkli olaraq yarıçılpaq fotolarını dərc edir.

İnternet sensasiyasına çevrilmiş bu qadının İnstagram-dakı profilinin 189 min daimi oxuyucusu var.


Baddi Vinkl oxucusu olan qadınlara müraciətində "Mən 1928-ci ildən bəri kişilərinizi oğurlayan gözələm" yazıb.

İnternetdə çox populyarlaşan bu nənəni ABŞ-ın ən populyar aparıcı və şoumenlərindən olan Ellen de Ceneris öz proqramına dəvət edib.


ABŞ-ın Kentukki ştatındakı Uilyamstaun şəhərində yaşayan Baddi Vinkl profilini "Bad Grandma" (Pis nənə) adlandırıb.


İnstagram-la yanaşı, Twitter-də də aktiv olan Baddi Vinklin tvitləri birmənalı deyil.


"Belimi hərəkət etdirmək üçün qurşaqdan aşağı aktiv olmalıyam", "Qoca kişilər mənlik deyil", "Qızlar, özünüzü mənə tay tutursunuz?!" və s. kimi tvitlər artıq internet memlərinə dönməkdədir.


Onun sözlərinə görə, fotolarını sosial şəbəkələrdə yaymağa başlayandan sonra bir çox yaşlı qadınlar və kişilər onu təqlid etməyə başlayıblar./Milli.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR