Maşını qəsdən insanların üstünə sürdü - Foto
Bizi izləyin

Bilgi.az

Maşını qəsdən insanların üstünə sürdü - Foto

Çinin Futzyan əyalətində sürücü maşını qəsdən piyada və velosipedçilərin üstünə sürüb. Nəticədə üçü uşaq olmaqla 6 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.

Polisin ilkin versiyasına görə, 37 yaşlı kişinin bu hərəkəti törətməsinə səbəb ailəsində baş vermiş çətinliklərə tab gətirməməsi olub. Arvadının boşanma haqda verdiyi məhkəmə qərarından sonra kişi maşına əyləşərək avtomobili insanların üstünə sürüb. Kişi qəsdən piyada səkisinə çıxaraq maşını yoldan keçən hər insanın üstünə sürüb.

Maşın 2 km yol qət etdikdən sonra zərbələrdən fəaliyyətini dayandırıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm