İnternetdə yazılan ən axmaq şərhləri yığıb kitab hazırladılar
Bizi izləyin

Bilgi.az

İnternetdə yazılan ən axmaq şərhləri yığıb kitab hazırladılar

Britaniyada ən axmaq şərhlərdən ibarət kitab nəşr olunub. Kitaba "Wow I'm A Genieous, The Stupidest Things Ever Said Online" (Oao.. mən dahiyəm, Onlayn deyilən ən axmaq sözlər) adı verilib.



Kitabda yer alan şərhlərdən biri belədir:



Facebook istifadəçisi dostlarından soruşur:



- Monitoru necə güzgü kimi istifadə etmək olar.



Şərh: Mən güzgünü skan elədim, ancaq bir şey alınmadı.



Digər maraqlı şərh isə belədir:



- Film çəkilişlərində əsl dinozavrlardan istifadə ediblər?



Şərh: Küçə işıqlandırması kəşf olunana qədər gecə həyatı yaşayan dinozavrlar var idi ki?



Başqa bir şərh isə belədir:



Mən fəxr edirəm ki, amerikalıyam. Hansısa xarici vətəndaş deyəndə ki, Amerika dünyanın ən axmaq ölkəsidir, dəli oluram. Boş söhbətlərdir! Məncə dünyanın ən axmaq ölkəsi Avropadır. / Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm