"Azərbaycanda çaya meyvə suyu qatırlar"- Ekspert xəbərdar edir - ARAŞDIRMA
Bizi izləyin

Bilgi.az

"Azərbaycanda çaya meyvə suyu qatırlar"- Ekspert xəbərdar edir - ARAŞDIRMA

Azərbaycanlılar çayxor xalqdır

Azərbaycan əhalisinin çaya olan təlabatını və sevgisini sözlə ifadə eləmək çətindir. Çayxor xalqıq desək yanılmarıq. Hər halda bunu deməyimizə müşahidələrimiz əsas verir. Təlabatımız olan bu məhsulun istehslına ölkəmizdə 1893-cü ildə başlanılıb. Bu gün Lənkəran, Masallı, Astara, Lerik, Zaqatala və Balakən rayonlarında çay becərilsə də, ölkəmizdə istifadə olunan çayın 99 faizi xaricdən gətirilir. Çaydan danışmağda sözümüzün canı var. Hər dərdə dərman olan çayın tərkibinə bəlli olmayan qatqılar qatılır.

Publika.az saytı olaraq çayın tərkibinə müxtəlif qatqıların qatılmasını, bu sahəyə marağın az olmasını , bundan başqa əhalinin çaya olan təlabatının ödənməməsi və digər problemlərdən danışacağıq.

Əhalinin çaya olan təlabatının yalnız 1 %-i ödənilir.

Sovet dönəmində Azərbaycan ildə 35 min ton çay istehsal etdirdi.Adam başına fizioloji norma 200 qram olduğu halda, Azərbaycan əhalisinin ehtiyacını 18 min ton təşkil edirdi. Qalan çayla isə SSRİ-nin tələbatının 10 faizini ödəyirdi. İndi biz öz tələbatımızın hardasa 1 faizini ödəyə bilirik. Ötən il ölkəyə 8192 ton çay idxal edilib. Çay daha çox Hindistandan, Seylon və Çindən gətirilir. Onlar da birinci növ çayları Avropaya, artıq-urtuğu da bizim kimi ölkələrə ixrac edirlər.Qablaşdırmadan sonra çayın 1 kiloqramının qiyməti 11,5 dollar olur..

Bu sahəyə maraq azdır

Azərbaycanda içilən çayı nəzərə alsaq, bizim ehtiyacımız 20 min tona çatar. Türkiyə və İngiltərə adambaşına illik 2 kiloqram çay istehlak edir. Biz də çay içən millətik. Amma istehsal etdiyimiz 500 ton çay yarpağını quru çaya çevirəndə cəmi 120-130 ton çay edir.

Bir neçə il ərzində istehsalın həcminin aşağı düşməsinin əsas səbəbi bu sahəyə diqqətin ayrılmamasıdır. Bundan başqa aqrar siyasət də düzgün aparılmır. Torpaq sahələri bölünüb, ancaq onların su ilə təminatı məsələsi öz həllini tapmayıb. Fermerlərin kredit resurslarına çıxış imkanları məhduddur. Çay normal halda 7 ildən sonra məhsul verir. O da 7 ildən 10 ilə kimi yalnız 25 faiz məhsul götürmək olur. Sonrakı mərhələ də potensial artır. Bu sahənin ağsamasında banklarında üzərinə xeyli iş düşür . Belə ki, bizdə 10 il müddətində kredit verən bank yoxdur. Belə ona halda fermərlər uzun müddətli kredit götürə bilmirlər.

Hökumətin siyasəti lazımdır

Bu səhəyə ayrılan subsidiyalarla bağlı da fermerlərin narazılıqları var. Çaya 40 manat subsidiya var. Bu məbləğ həm azdır, həm də çox vaxt ünvanına gedib çıxmır. Digər problem mineral gübrələrə olan tələbatın ödənilməməsidir. Fermerlərin bu sahəyə investisiya qoymağa imkanları olmadığı üçün mineral gübrələrin alınmasında maraqlı deyillər. Və nəhayət məhsulun satışında ciddi problem var. Bazarda daha çox idxal məhsulları özünə yer tapıb. Bu məhsullar ucuzdur. Yerli istehsal olunmuş çayın kiloqramı 4, idxal edilmiş məhsul isə 2 manatdır.

Həm qiymətdə həm də keyfiyyət də ciddi problemlər var

Bazardakı çaylar qiymətinə görə bir-birindən çox fərqlənir. Topdansatışda 2 dollar 50 sentə də çay var, 50 dollara da. Ancaq pərakəndə satışda bəzən 50 dollarlıq çayı 200 dollara alan da var. Keyfiyyətlə bağlı saxtakarlıq edənlər də çoxdur. Ekspert Vahid Məhhərrəmov düşünür ki, çayın tərkibində edilən saxtakarlıq təkcə Azərbaycanda deyil, postsovet məkanına daxil olan başqa ölkələrdə də belə saxtakarlıqlar mövcuddur. Çaya təbii və qeyri-təbii qatqılar əlavə olunur. Yəni çayın qırmızı olması üçün meyvə suyundan istifadə edirlər. Bundan əlavə, istifadə olunmuş çayları çayxanalardan yığıb qurudaraq təzə çaya qarışdırırlar. Bəzən çayın tozundan da istifadə olunur.

Keyfiyyətli çay tünd qırmızı olmur

Ekspert Vahid Məhərrəmov bu fikirdədir. O deyir ki,dünyada keyfiyyətlə bağlı iki standart var – Avropa və Amerika üçün, bir də bizim kimi ölkələr üçün. Xarici görünüş etibarilə eyni olsalar da, keyfiyyət baxımından çox ciddi fərqlər var və bu fərq qiymətdə də özünü göstərir. Təəssüflər olsun ki, bizdə idxal inhisardadır. Qiymət bizə diktə olunur. Biz məhsulumuzu ancaq bu diktə olunan qiymətə sata bilərik. Əslində istehsalçıya imkan verilməlidir ki, məhsulunu baha qiymətə satıb gəlir əldə edə bilsin.

Çayın dövlətlərarası standartı aşğıdakılardır

Ölkədə istehsal qara məxməri və yaşıl çaylar milli və dövlətlərarası standart AZS 457-2011, ГОСТ 1937, ГОСТ 1938 və ГОСТ 1939 əsasən istehsal olunur. Qara məxməri çay 3 çeşiddə hazırlanır. 1- iri yarpaqlı, 2- dənəvər ölçülü və 3- xırda ölçülü yarpaqlar şəkildə. Standarta əsasən iri ölçülü (list şəkilli yarpaqlar) çayların digər növ çaylarla qarışdırılması yol verilməzdir. Lakin dənəvər və xırda ölçülü qara məxməri çayların qarışdırılaraq qablaşdırılmasına yol verilir.Keyfiyyət göstəricilərinə görə qara məxməri çay aşağıdakı növlərə ayrırlır:

“Buket”- əla, I növ, II və III növlərə ayrılır.Növündən aslı olaraq “Buket”çayı yüksək aromat və dadı malik olur. Əla və I növ çaylar nismətən yüksək, digər növ çaylar zəif aromat və dada malik olur. Hazırlanmış çayda (dəmlənmiş) “Buket”çay şəffaf, növ azalmasına doğru şəffaflıq zəifləyir.

Səhiyyə Nazirliyi icazə verərsə, çayın tərkibinə müxtəlif təamlı qatqılar qatıla bilər

Qlobalşdırılmış çayın keyfiyyətinin saxlanılması üçün saxlanıldığı yerdə nəmlik 70% yüksək olmamalıdır. Eyni zamanda tez xarab olan və kəskin iyi olan məhsullarla saxlanılması yol verilməzdir.Qablaşdırılmış çayda kifliliyin, sarı açy tozlarının kənar iyin olmasına yol verilmir. Məhsula məxsus ətrə və təama malik olmalıdır.Respublikada istehlakçıların təlabatına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən müxtəlif təamlı qatqıların (bitgili, meyvə-diləmeyvəli) və aromatizatorların qarışığı istifadə oluna bilər. Bu qatqılar təsdiq olunmuş resepturada nəzərdə tutulan miqdarda istifadə olunmalıdır. Bu qatqılar məhsulun markalanmasında qeyd olunması vacib tələblərdəndir.Azərbaycanda əsasən ən çox müxtəlif aromatlı və aromatsız qara məxməri çaylar istehsal olunur.

İstehsal göstəricisi aşağıdır

Başqa ölkələrdə 4 ton yaşıl çay yığılırsa bizdə 1 ton yığılır. Astarada indi 2 tona çatdırılır. Yığılan çayın dörddəbiri qədər quru çay almaq olur. Məhsuldarlığın bu qədər aşağı olmasının səbəbi ilk öncə aqrotexniki qaydalara düzgün əməl olunmamasıdır. Elə ölkələr var ki, mineral və üzvi gübrələrdən istifadə edir. Harda ki, çayın becərilməsində üzvi gübrələrdən istifadə olunur, orada qiymət yüksək olur. Ancaq mineral gübrələrdən istifadə edilən və yarpaqları maşınla yığılan ölkələrdə çayın keyfiyyəti və dəyəri aşağı olur.Azərbaycanda çay əllə yığılır və bu, çox yaxşıdır. Amma az miqdarda üzvi gübrələrdən də istifadə olunur. Çalışmaq lazımdır ki, bitkinin kökündə humus olsun. Humus torpaqdakı üzvi maddələrin qeyri-üzvi maddələrə çevirməsində böyük rol oynayır, həm də bitkinin yaxşı qidalanmasına kömək edir.

Azərbaycanda təmiz çay azdı

Lənkəran və Astarada yalnız təmiz ekoloji çay istehsal etmək münkündür. Çünki həmin ərazilərdə çaya zərər verəcək heç bir şey yoxdur. O bölgənin təbiəti keyfiyyətli məhsul -becərməyə imkan verir. Müşahidələr göstərir ki, Azərbaycanda ən yüksək standarta cavab verə biləcək çay əldə etmək üçün kifayət qədər potensialımız var. Bunun üçün mövcud qanuna əməl etmək lazımdır. Maliyyə resursumuz da var.120 ildir ki, Azərbaycan çayçılıqla məşğul olur. Bu sahənin biznesə çevrilməsinin ümumi yaşı isə 150 ildir. Mən razıyam ki, insanları yalnız qara çayla təmin etmək düzgün deyil. Biz əhaliyə yaşıl çay da verə bilərik. Hər iki çay insanın sağlam və cavan

qalmasına yardım edir.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm