6 yaşlı qızların nişanlandığı məkan - Fotolar
Bizi izləyin

Bilgi.az

6 yaşlı qızların nişanlandığı məkan - Fotolar

Fotoqraf Erik Lafforq Afrikanın Eritreya ölkəsində yaşayan Raşaida köçəri tayfası üçün tanışlığa gedərkən onu məntəqəyə apara biləcək heç bir sürücü bu səyahətə razı olmayıb. Bu azmış kimi pakistanlı işçisi fotoqrafa Raşaida tayfasının nümayəndləri ilə danışamamağı, görüşməməyi tövsiyə edib. “Onlar dəlidirlər”-deyərək Eriki yolundan döndərmək istəyib. Erikə Raşaida nümayəndələri ilə görüşməyin təhlükəli olması haqda çoxsaylı xəbərdarlıqlar edilib, çünki onlar “qaraçılar” kimi oğurluqla məşğul olur.

Köçəri tayfa 200 il bundan əvvəl Səudiyyə Ərəbistanından köç edərək Misir, Liviya və Sudan ərazisində məskunlaşıb. Tayfanın bir sıra nümayəndələri insan oğurluğu və işgəncələri ilə məşğul olur. Raşaida tayfasına görə qadının ən seksual orqanı burun hesab olunduğu üçün qadınlar daima duvaqda gəzməli olurlar. 16 yaşlı qız qoca hesab olunduğu üçün tayfa qadınları artıq 6 yaşdan ərə verilir. Dəvəçiliklə məşğul olan tayfa bu sahədən külli miqdarda gəlir götürə bilir. Bununla belə, onlar çadırlarda işıqsız və susuz yaşayır.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Raşaida tayfası qaçaqmalçılıqda, silah satışında və insan alverində mahirdir. Raşaida tayfasında ailədə qız övladının gəlişi uğurlu hesab olunur, çünki 6 yaşdan ərə verilən qıza baş haqqı çox verilir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm