• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ağlasığmaz plastik əməliyyatlar - Foto

  • Maraqlı
  • 1 May 2014 17:34
  • 1 773 Baxış
Ağlasığmaz plastik əməliyyatlar - Foto
  1. 10 il ərzində 12 əməliyyat keçirtmiş Braziliya əsilli Rodriqo Alvez 180,000 dollar xərc çəkməklə özünü gəlinciyə bənzədib. 30 yaşlı uçuş köməkçisi babasından qalma mirası xərcləyərək özünü Barbi gəlinciyinin sevgilisi olan Kenə oxşadıb. Hətta saçına qədər əməliyyat etdirən Alvez öz görkəmi ilə daha da narahatlıq yaradır.

  1. Ukraynalı canlı Barbi gəlinciyi Valeriya Lukyanova öz bədən forması ilə dünyanın diqqətini özündə cəmləyib. 28 yaşlı qız irqlərin bir-biri ilə ailə qurmasına qarşı olduğunu dilə gətirərək daha çox “Şimal” insanlara bənzəmək istəyib. Üzərində hər hansı bir cərrahi əməliyyatın olduğunu inkar etməsinə baxmayaraq, süni döş və incə beli tam əksinə olduğunu deyir.

  1. Əməliyyata 100,000 dollar xərc çəkən Katella öz iri sinəsi ilə məşhurdur. Bununla belə, Katella yenidən əməliyyat keçirib ən iri döşə sahib olmaq niyyətindədir. 38 yaşlı Katella əslində kişi olub, lakin 23 yaşından 7 döş, burun, çənə əməliyyatı keçirməklə qadına çevrilib. İndi isə Katella canlı seks gəlinciyinə oxşamaq arzusundadır.
  1. Super model Bar Rafaeli “vampir” sifət adını İnstaqramda qanlı sifətinin şəklini yerləşdirdikdən sonra alıb. O, 760 dollar xərc çəkərək 2 saatda 300 iynə vurdurub.
  1. ABŞ-ın veteran hərbçisi olmuş Denis Avner vəhşi pişiyə oxşamaq üçün 14 əməliyyat keçirdib. O, pələngə bənzəmək üçün qulaqlarını sivri şəkildə edib, çənəsinə silikon, alnına implant yeridib. 2012-ci ildə 54 yaşında intihar edib.
  1. 8 yaşlı qızcığazın ad günü üçün ən böyük hədiyyə gəlincik və ya geyim ola bilərdi. Ancaq Poppi Börcsün anası qızına ad günü üçün 14,000 dollarlıq çek verib. Maraqlısı budur ki, bu pul çeki yalnız onun əməliyyatı üçün ayrılıb. Anası Sara 20 il ərzində 420,000 dollar xərcləməklə görkəmini dəyişib. İndi isə ana 8 yaşlı qızını əməliyyata ruhlandırır.
  1. Plastik cərrah həkimi öz qızlarına hədiyyə kimi döş əməliyyatı elətdirib. Ata 18 yaşlı qızı üçün döş implantı, 21 yaşında isə burun əməliyyatı elətdirib. İkinci qızını isə 10 yaşı olarkən qarın gözəlləşməsi üçün bıçağı altına salıb.
  1. Blondi Bennet çoxsaylı əməliyyatların köməyi ilə Barbi gəlinciyinə bənzəyib. O, bununla kifayətlənməyərək beyinsiz olmaq niyyətinə düşüb. Qadının fikrincə gəlinciklər beyinsiz olduğu üçün o, bu addıma əl atmalı olub. O, qeyd edir: “Mən istəyirəm insanlar mənə seks gəlinciyi kimi baxsınlar. Bunun üçün ən böyük amil beyinsiz olmaqdı”.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR