Sosial şəbəkələrdə Atatürkün uşaqlıq fotosu yayıldı
Bizi izləyin

Bilgi.az

Sosial şəbəkələrdə Atatürkün uşaqlıq fotosu yayıldı

Sosial şəbəkələrdə Türkiyə Cümhuriyyətinin qurucu Atatürkə aid olduğu iddia edilən körpə şəkli paylaşılıb.

İstiqlal müharibəsi qazisi Mehmet Zeytinlinin arxivindən tapılan şəkildə Zeytinliyə aid qeyd də var.

Yılmaz Kayahan adlı istifadəçi isə bu şəkil barədə şübhə doğuracaq 3 sual soruşub.

1. Osmanlı Dövlətinə ilk fotoaparat 1870-ci ildə Sultan Əbdüləziz dövründə saraya gətirilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində şəhərlərdə fotoqraf mağazaları açılmağa başlayıb. 1882 – 83-cü illərdə Selanikdə (Atatürkün anadan olduğu şəhər) fotoqraf vardımı?

2. Foto şəklin üstündə mənbə kimi göstərilən “Mehmet Zeytinli” sözü latın hərfləri ilə yazılıb. Bu isə yazının 1928-ci ildən sonra, hərf inqilabından sonra yazıldığını göstərir ki, bu da ən tez 1930-cu ildə ola bilər. 35-40 il əvvələ aid bu şəkil Mehmet Zeytinlinin əlinə necə keçə bilərdi?

3. Bu foto niyə baş qərargah idarəsinin və Türk Tarix Qurumunun (TTK) arxivində yoxdur?

Şəkil barədə dəqiq və rəsmi məlumat isə hələ verilməyib. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm