Dünyanın ən kök xalqları - SİYAHI
Bizi izləyin

Bilgi.az

Dünyanın ən kök xalqları - SİYAHI

Dünyanın ən kök xalqları - SİYAHI

Müasir dünyanın bir çox qlobal problemləri mövcuddur. Hazırda ən əsas problemlərdən biri dünya əhalisinin kökəlməsidir. Modern.az saytı xəbər verir ki, beynəlxalq qurumların məlumatlarına görə, artıq çəkidən əziyyət çəkənlərin sayı son illər ərzində 1,5 milyard nəfərə çatıb. Onların arasında 350 milyon insan piylənmədən əziyyət çəkir.

Bu qorxulu statistika texnologiyaların inkişaf etdiyi şəraitdə insanların gündəlik fiziki fəaliyyətlərinin azalması və daha çox oturaq həyata keçməsi ilə əlaqələndirilir. Təbii ki, ölkələrin yerləşdiyi coğrafi şərait, iqtisadi göstəriciləri və s amilləırdən asılı olaraq kökəlmə səviyyəsi ayrı-ayrı ölkələrdə müxtəlif olur.

Dünyada kökəlmə ilə bağlı statistik məlumatları ümumiləşdirən BMT-nin Kənd təsərrüfatı və ərzaq təşkilatı 2000-ci ildən 2013-cü ilə qədər apardığı müşahidələri ümumiləşdirərək ən kök xalqların siyahısın dərc edib.

Siyahıdakı məlumatlara əsasən, meksikalılar dünyada ən kök xalqdır. Aydın olub ki, Mekasika əhalisinin 70%-i artıq çəkidən əziyyət çəkir. Əhalinin 30%-ə qədəri isə piylənməyə qarşı mübarizə aparmalı olur. Ölkədə hipertoniya, ürək-damar xəstəlikləri, diabet və böyrək çatışmazlığının geniş yayılması da məhz əhalinin sürətlə kökəlməsi ilə bağlııdr. Meksikalıların oturaq həyata meyl etməsi, fastvudla (ayaqüstü yemək) qidalanmaları, yağlı yeməklərə üstünlük vermələri və idmanla az məşğul olmaları əhalinin kökəlməsində əsas səbəblər kimi göstərilir. Bu səbəbdən Meksika prezidenti ölkədə kökəlməyə qarşı yönələn ümumilli dövlət proqramı qəbul edib. Bu xəstəlikdən Meksikada daha çox gənclər və əhalinin aşağı təbəqələri əziyyət çəkirlər.

BMT-nin siyahısında ikinci pillədə isə ABŞ qərarlaşıb. Bu ölkədə də qazlaşdırılmış sulardan və fastfudlardan istifadə əsas kökəlmə səbəbləri sayılır. Amerikalıların 31,8% artıq çəkidən əziyyət çəkir.

Üçüncü pillədə isə hazırda vətəndaş müharibəsinin getdiyi Suriya dayanır. Vətəndaş müharibəsinin getdiyi ölkədə aclıq təhlükəsinin yaranması yaxın zamanlarda Suriyanın kökəlmə göstəricisinin zəifləyəcəyindən xəbər verir. BMT-nin məlumatlarına görə, suriyalıların 31,6%-i artıq çəkidən əziyyət çəkir.

Dördüncü pilləni isə Liviya və Venesuela bölüşdürür. Liviyada əhalinin xolestrin dolu keyfiyyətsiz qidalar qəbul etməsu bu ölkədə kökəlmənin əsas səbəbi göstərilir. Liviyada ürək-damar xəstəlikləri bu səbəbdən çox geniş yayılıb. Venesuelada isə milli mətbəxin ağır yeməklərdən ibarət olması və qidalanmaq üçün restoranlara üstünlük vermələri başlıca kökəlmə və piylənmə səbəbləri göstərilir. Hər iki ölkədə kökəlmə səviyyəsi 30,8% təşkil edir.

Dünyada ən kök beşinci milləri Trinidad və Tabaqo dövlətinin vətəndaşlarıdır. Bu ölkə son illər turizm sahəsinə populyarlaşdığından ölkədə çoxsaylı yeni fastvud təklif edən restoranlar meydana çıxıb. Həm də ənənəvi olaraq Trinidad və Tabaqoda makaron yeməklərinin üstünlük təşkil etməsi əhalinin kökəlməsinə səbəb olur. Bu ada dövlətində əhalinin 30%-i köklükdən əziyyət çəkir.

Uzaq Okeaniyada yerləşən Vanuatu adası BMT siyahısında 6-cı pilləni tutur. Bu kiçik ölkə də turizm üçün populyar olduqdan sonra kökəlmə halları sürətlə artmağa başlayıb. Vanuatuluların 29,8%-i köklükdən əziyyət çəkir.

Qəribə də olsa, dünyada yeddinci ən kök xalq iraqlılar hesab olunur. Uzun müddət iraqdakı qeyri-sabit siyasi şərait sonda ölkə əhalisinə psixoloji təsir göstərib. Məhz uzun illərdir ki, yaşanan psixoloji stress iraqlıların kökəlməsinə əsas səbəb kimi gösətrilir. İraqlıların 29,5%-i artıq çəkidən əziyyət çəkir.

BMT hesabatlarında Argentina səkizinci pilləni tutur. 2000-ci illərin əvvəllərində ölkədə baş verən iqtisadi böhran və defolt vətəndaşların əsəblərini tarıma çəkmişdi. Bundan sonra baş qaldıran sürətli inkişaf və əhalinin rifah səviyyəsinin yüksəlməsi argentinalıların sürətlə kökəlməsinə yol açıb. Kökəlmə göstəricisi argentinalılar arasında 29,4%-dir.

Qardaş Türkiyə dövləti bu siyahıda doqquzuncu yeri tutur. Əsasən yağlı və xolestrinli yeməklərin qəbulu türklərin kökəlməsinə təsir göstərib. Bundan başqa turizmin inkişafı ilə bağlı ölkədə fastvudun restoranlarının çoxluğu da bu göstəriciyə təsir edən amillərdəndir. Türklərin 29,3%-i artıq çəkidən əziyyət çəkir.

İlk onluğun sonuncu pilləsini Çili dövləti zəbt edib. Bu ölkə dünyada mis istehsal edən əsas ölkə sayılır. Əhalinin əsas hissəsi yüksək əmək haqqının verildiyi mis zavodlarında çalışırlar. Yüksək əmək haqqı isə öz növbəsində əhalinin düzgün qidalanmamasına və beləliklə, kökəlməyə səbəb olur.

Çili də bu göstərici 29.1%-ə çatıb. 11. Çexiya – 28,7% 12. Livan – 28,2% 13. Yeni Zelandiya - 27,0% 14. Sloveniya – 27,0% 15. Salvador – 26,9% 16. Malta – 26,6% 17. Panama – 25,8% 18. Antiqua – 25,8% 19. İsrail – 25,5% 20. Avstraliya – 25,1% 21. Sent-Vinsent adaları – 25,1% 22. Dominikan Respublikası – 25,0% 23. Böyük Britaniya – 24,9% 24. Rusiya – 24,9% 25. Macarıstan – 24,8%.

Ümumiyyətlə, beynəlxalq təşkilarlat kökəlmə və piylənməyinin dünya miqyasında genişlənməsini bir neçə amillə bağlayırlar.

XX əsrin 2-ci yarısından başlayaraq qida sənayesinin sürətli inkişafı, qida reklamlarının geniş yayılması, texnologiyaların inkişafının insanları daha az hərəkət etməsi, insanlarda stress hallarının artması, yeməklərin hazırlanmasına daha az vaxtın sərf olunması və s. amillər buna təsir göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm