Bilgi.az
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO)
Azərbaycanlıların tanımadığı Alpak adlı bu ev heyvanı lamaların ev heyvanı növünə aiddir, onu həm də dəvəkimilər sinfinə aid edirlər.
ANS PRESS-in məlumatına görə, Çox sıx yun örtüyünə malik olduğuna görə, adətən yüksək dağlıq ərazilərdə yaşaya bilir. Onların boyunun hündürlüyü 94-104 sm olur, çəkiləri 55-65 kiloqrama çatır. İki ildən bir bala vermək qabiliyyətinə malik olan alpakların balaları 11 ay ərzində doğulur. Doğularkən çəkiləri 1 kiloqram olan bu heyvanların 9 ay sonra çəkiləri 30 kiloqrama qədər artır. Adi ev heyvanları kimi ancaq ot -ələflə qidalanırlar. Ömürlərinin uzunluğu 7-25 il ola bilir.
Alpakı fermerlər adətən yunundan istifadə etmək üçün saxlayırlar.
Belə güman edilir ki, bu heyvan ev laması və vikuninin qarışığından
əmələ gəlib. Bu heyvanı Afrikada və Avropanın bir çox ölkələrində
uyğunlaşdırmaq istəsələr də, təsərrüfatçıların səyləri nəticə
verməyib. Əsasən dağlıq yüksəkliklərdə yaşamağa uyğunlaşan alpaklar
gündüz dağ çəmənliklərdə otlayır, axşam isə örüşdən axura
qayıdırlar. Onlar adətən su olan yerlərdə otlayırlar. Fermerlər
yaxşı yun götürsünlər deyə, onların yemlərinə mineral qarışıqlar
əlavə edilər. Bir tövlədə adətən 6-10 alpak saxlanılır.
Bizim çoxumuzun bu günə kimi tanımadığımız alpakların 2000 ildən
artıqdır ki, ev heyvanı kimi insanlara xeyir verirlər. Peruda
yaşayan inki tayfalarının bu heyvanı bizim eradan 500 il əvvəl
əhilləşdirib, ətindən, yuinundan və dərisindən istifadə etmələri
haqqında bilgilər var. Həmin tayfalar bu heyvanların peyinindən
yanacaq vasitəsi kimi istifadə edirdilər. Təsadüfi deyil ki, həmin
zamanlarda alpakları inklərin “qızılı” adlandırırdılar. Bu gün də
alpak Çili, Peru və Argentinada, And dağlarında səmərəli ev heyvanı
kimi saxlanılır,onun yunundan istifadə edirlər. Onlardan alınan yun
tez rənggötürmə qabiliyyətinə malikdir. Statistikaya görə bu gün 3
milyona qədər alpak var, təsərrüfatçılar onun sayını daima
artırırlar.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO