Gözəlsən, yoxsa çirkin? - Rekord qıran TEST
Bizi izləyin

Bilgi.az

Gözəlsən, yoxsa çirkin? - Rekord qıran TEST

Qadınların gözəl, kişilərin isə yaraşıqlı olub olmadıqlarını öyrənmək üçün baş vurduqları testlərə bir yenisi daha əlavə olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu test Çinin ən məşhur sosial şəbəkəsi olan Weibo-da rekord qırır. Çində 200 mindən çox Weibo istifadəçisi gözəlliklərini test edərkən çəkilmiş fotolarını paylaşıb.

Test çox bəsitdir. Belə ki, işarət barmağınızı çənənizlə burnunuza eyni vaxtda toxundurun. Bu zaman dodaqlar da işarət barmağınıza dəyirsə, deməli gözəlsiz.

Bu testə görə, Ancelina Coli və Cessika Alba kimi ulduzlar gözəl olmayanlar cərgəsinə qoşulublar.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm