ABŞ-da ən məşhur 6 KQB casusu
Bizi izləyin

Bilgi.az

ABŞ-da ən məşhur 6 KQB casusu

ABŞ-da ən məşhur 6 KQB casusu

“Soyuq müharibə” dövründə SSRİ və ABŞ-ın kəşfiyyat orqanları arasında savaş geniş vüsət almışdı. Hər iki tərəf, biri digərində mühüm məlumat ötürən casuslara sahib olublar. Lakin ABŞ-da SSRİ üçün işləyən bir çox casuslar olub ki, onlar digərlərindən xüsusilə fərqləniblər. Dünya mətbuatında "Möhtəşəm altılıq" kimi adlandırılan, SSRİ üçün çalışan həmin casuslar bunlardır.

1) Oldriks Heyms

Heyms “soyuq müharibə” illərində və daha sonra Amerika kəşfiyyatının ən yüksək rütbəli işçilərindən biri olub. MKİ-nın sovet bürosu rəhbəri vəzifəsində çalışıb. 1985-ci ildə özü SSRİ səfirliyinə gələrək əməkdaşlıq təklif edib. Bu qiymətli casusun fəaliyyəti nəticəsində rəsmi Moskva KQB və BKİ-də (Baş Kəşfiyyat İdarəsi) ABŞ üçün çalışan casusları ortaya çıxarıb (məsələn, BKİ generalı Dmitri Polyakovu). Doqquz il Moskva üçün işləyən Heymsə Kreml 2.7 milyon dollar ödəyib. 1994-cü ildə ifşa olunan Heyms ömürlük həbs cəzasına məhkum edilib.

2) Harold Ceyms Nikolson

MKİ-nın xüsusi professional casuslar yetişdirən bir mərkəzində işləyən Nikolson sovet kəşfiyyatında Batman ləqəbi ilə tanınıb. Nikolson çalışdığı illərdə işlədiyi idarədəki önəmli bilgiləri və SSRİ-yə göndəriləcək casusların adlarını KQB-yə ötürüb. 1996-cı ildə hesabında 120 min dollar görən ABŞ kəşfiyyatı ondan şübhələnib. Nəhayət, ifşa olunub və 23 il həbs cəzasına məhkum edilib.

3) Erl Edvin Pitts

FTB-nin Nyu-York rəsmilərindən biri, sovet işləri üzrə professional. 1987-ci ildən KQB ilə əməkdaşlığa başlayıb. O da amerikalı agentlərin adlarını KQB-yə ötürüb. 1992-ci ildə ABŞ kəşfiyyatı ondan şübhələnib və Moskva ilə bütün kontaktlarını itirib. 1996-cı ildə isə ona tələ qurulub və ələ keçirilib. Bir il sonra Pittsə 27 il həbs verilib.

4) Corc Trofimov

Rus əsilli amerikan hərbi kəşfiyyat işçisi. Almaniyada rus mühacir ailəsində doğulan və sonra ABŞ-a köçən Trofimov orduda işləməyə başlayıb. Daha sonra bir keşiş tərəfindən KQB ilə əməkdaşlığa cəlb edilib və düz 25 il Moskvaya kimyəvi və bioloji silahlara aid məlumatlar da olmaqla 50 min səhifəlik gizli sənəd ötürüb.1994-cü ildə yaxalanan 73 yaşlı Trofimov ömürlük həbs cəzasına məhkum edilib.

5) Robert Hanssen

FTB-nin sovet analitik bürosu rəhbəri, KQB-nin Ramon ləqəbli agenti. 1985-ci ildə KQB ilə əməkdaşlığa başlayıb, amma ABŞ mətbuatının yazdığına görə, BKİ ilə əməkdaşlığı daha keçmişə, 70-ci illərə dayanır. SSRİ-nin dağılmasıyla KQB ilə əlaqəsi kəsilib, amma 1999-cu ildə yenidən rus kəşfiyyatına işləməyə başlayıb. Lakin iki ildən sonra ifşa olunub.

Hanssen 1.4 milyon dollar qarşılığında FTB, MKİ və başqa qurumlardan ələ keçirdiyi 6 min səhifəlik məlumatı Moskvaya göndərib. O həmçinin SSRİ-nin Vaşinqtondakı səfirliyinin altında gizli tunelin olduğunu da KQB-yə çatdıran adamdır. İndi ömürlük həbs cəzası çəkir.

6) Ariel Veynman

2006-cı ildə yaxalanan Ariel Veynman ABŞ sualtı gəmisində çalışıb. 2005-ci ildə içərisində gizli sənədlərin olduğu noutbuku götürərək “Tomaqavk” raketləri ilə əhatələnmiş “Albuguergue” sualtı gəmisindən qaçır. İddialara görə, sənədləri rus kəşfiyyatına ötürüb. ABŞ-a qayıtdıqdan sonra tutulub və 12 il həbs cəzasına məhkum edilib.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm