Boşanmaq istəyən arvadını zəncirlədi
Bizi izləyin

Bilgi.az

Boşanmaq istəyən arvadını zəncirlədi

Boşanmaq istəyən arvadını zəncirlədi

Çində yaşamından bezən və boşanmaq istəyən arvadından ayrılmaq istəyən ər çox qəribə, hətta vəhşi "intiqam" yolunu seçib. O, evinin altında xüsusi zirzəmi düzəldərək arvadını ora salıb və zəncirləyib.


Zavallı qadın təsadüfən aşkarlanaraq azad edilib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çinin Siçuan vilayətindəki Deyan şəhərində yaşayan 40 yaşlı Lin Dajun həbs olunub. O, 35 yaşlı arvadı Lin Yanı azadlıqdan məhrum etməkdə, girov götürməkdə və onunla qul kimi davranmaqda suçlanıb.


Lin Yan tam təsadüf nəticəsində, şəhər bələdiyyəsinin əhalinin siyahıyaalmasını keçirdiyi zaman aşkarlanıb.

Lin Dajunun dediyinə görə, arvadı onu tərk etmək istəyib.


"Mənə dedi ki, ailə yaşamımızdan bezib və boşanmaq istəyir. Ayrılmaq fikrində olduğunu dəfələrlə söylədi. Onu sevirəm, ayrılmaq istəmirdim. Çox dilə tutdum, yalvardım - eşitmədi. Mən də naçar qalaraq onu zirzəmiyə saldım, zəncirlədim", - Lin Dajun söyləyib.


Dajunun arvadı isə polisdə verdiyi ifadəsində deyib ki, əri onu ölümlə hədələyirmiş: "Mənə deyirdi ki, əgər qışqırsam, qaçmağa çalışsam, mənə dəhşətli işgəncələr verəndən sonra qəddarlıqla, amansızlıqla öldürəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm