“Coca-Cola” tərkibindən mübahisəli qatqını çıxarır
Bizi izləyin

Bilgi.az

“Coca-Cola” tərkibindən mübahisəli qatqını çıxarır

“Coca-Cola” tərkibindən mübahisəli qatqını çıxarır

Dünyada ən böyük içki istehsalçısı “Coca-Cola” alıcılarda narahatlıq doğuran qatqını məhsulunun tərkibindən çıxarmağı qərara alıb.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, burada söhbət içkinin tərkibində olan bromlu bitki yağından gedir. Bu məhlul içkidə dad stabilizatoru kimi istifadə olunur. Həmçinin yağ məhsulu yanmadan qoruyur.

Şirkətin nümayəndəsi Con Qold qeyd edib ki, tərkibin içkidən çıxarılması təhlükəsizlik məqsədilə qərara alınmayıb: ““Coca-Cola”nın bütün kimyəvi kompanentləri beynəlxalq səviyyədə bəyənilib. Qərar ictimaiyyət tərəfindən narahatlığın və təzyiqlərin artması nəticəsində qəbul edilib”.

Məlumatda o da qeyd edilib ki, qatqının içkidən çıxarılmasına dair petisiyanı bir neçə min insan imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm