Kompüteri ilə evlənmək istəyir
Bizi izləyin

Bilgi.az

Kompüteri ilə evlənmək istəyir

ABŞ-da bir vəkil kompüteri ilə evlənmək üçün məhkəməyə müraciət edib.

Publika.az” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Utah ştanında yaşayan və ixtisasca vəkil olan Chris Sevier porno videolarla dolu kompüteri ilə qeydiyyat şöbəsinə müraciəti qəbul edilmədiyi üçün məhkəməyə şikayət edib. Sevier bu cür qəribə qərarını belə əsaslandırıb:

“Kompüterimə bağlılığım həmcinslər arasındakı romantik bağlılıqdan fərqli deyil. Həmcinslərin seks obyektləri ilə evlənmək hüququ varsa, mənim də porno video dolu kompüterimlə evlənmək hüququm var”.

Sevier ərizəsində “Mənim qeydiyyat şöbəsinə müraciətim qəbul edilməyərək, mənə qarşı açıq şəkildə ayrı-seçkiliyə yol verilib” deyə qeyd edib. Ali məhkəmə isə Sevierin şikayətini rədd edərək müdaxilə etməyəcəyini bəyan edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm