Bilgi.az
Kainat belə yaranıb - VİDEO
Bu görüntülər 8 min super kompüter tərəfindən 3 aya hazırlanıb.
Bir qrup alim ilk dəfə kainatın indiyə qədər necə yarandığını görüntülü şəkildə nümayiş etdiriblər. Görüntünün özəlliyi onun xüsusi bir proqramla hazırlanmasıdır. Kainatın necə formalaşmasını ən incə detalına qədər göstərən video görüntü 8 min super kompüter vasitəsilə 3 ay ərzində hazırlanıb. Adi bir notbukun təxminən 2 min ilə hazırlayacağı bu görüntülər çox qısa vaxtda əldə edilib. Kadrları üçün lazım olan proqramı hazırlamaq isə 5 il çəkib...
Burda ilk qalaktikaların necə formalaşdığı və zamanla necə böyüdüyü göstərilir. Simulyasiyada qaranlıq maddə olaraq adlandırılan gizli maddənin kosmik bir ağacın budaqları kimi fəzada hər tərəfə yayıldığı görünür. Milyon illər keçəndən sonra qaranlıq maddə bir yerdə toplanır və qalaktikaların ilk toxumlarını əmələ gətirir.
Simulyasiyada illər keçdikcə dəhşət verən partlayışlar baş verir və qarışıq bir zaman başlayır. Bu dövrdə ulduzlar və qalaktikalar yaranır və nəhayət müasir görünüşə malik olan Kainat ortaya çıxır. /azvision.az
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!