Bilgi.az
Azərbaycanda ördək qara yumurta yumurtladı - Foto
Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakini Mailxan Paşayevə məxsus təsərrüfatdakı ördəklərdən biri qara yumurta yumurtlayıb.
Trend-in Cənub TV-yə istinadən verdiyi məlumata görə, təsərrüfat sahibi qara yumurtanı görəndə gözlərinə inanmadığını deyir. Bir neçə gündən sonra hinə baxdıqda ördəyin yumurtladığı yumurtaların rənginin yenə də qara rəngdə olduğunu görüb. Maraqlısı odur ki, qara yumurtalardan birini sındırıb içinə baxan M.Paşayev onun mayasının da qara olduğunu deyir.
Hazırda isə təsərrüfat sahibi bu yumurtalardan çıxacaq ördək balarının sağlam olub-olmayacağını görmək üçün ördəyin yumurtalarını toplamağa başlayıb.
Mütəxəssislər isə quşlardakı belə halların baş verməsinin onların qidalanması ilə bağlı ola biləcəyini hesab edirlər.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...