• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Namiqlə Aygün görüşüb toyun vaxtını müzakirə etdilər - VİDEO

  • Maraqlı
  • 10 May 2014 15:45
  • 6 744 Baxış
Namiqlə Aygün görüşüb toyun vaxtını müzakirə etdilər - VİDEO

Ötən gün Nərimanov rayonunda ulu öndər Heydər Əliyevin 91 illiyi münasibətilə konsert proqramı baş tutub.

Konsertdə xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu üz-üzə gəlib. Uzun müddətdir küsülü olan cütlük görüşərək barışığa imza atıb. Tərəflər arasında maraqlı dialoq da yaşanıb. Aygün meyxanaçıya “Toyun nə vaxtdır Namiq” sualını ünvanlayıb. Daha sonra xalq artisti ona “özünü elə aparırsan ki, elə bil məni tanımırsan” deyə atmaca atıb. Namiq isə “tanış olmaq üçün yaxınlaşdım”cavabını verib.

Sənətçilərin barışıq anını ATV-də yayımlanan “Onlar” maqazin proqramı görüntüləyib. Sözügedən kadrları verilişin mayın 11-də saat 14:00-da yayımlanacaq buraxılışında izləyə bilərsiniz.

Axsam.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR