Hamilə qadın ştanq qaldırdı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Hamilə qadın ştanq qaldırdı - FOTOLAR

Hamilə qadın ştanq qaldırdı - FOTOLAR

"Belə iş, əməl yaxşı hiss etməyimə imkan verirsə, niyə də etməməliyəm ki?! Çoxları məni anlamasa da, yanlışlığa yol vermədiyimi düşünürəm".

Doğuşa 2 gün qalmış, hamiləliyin son günlərində ağır atletika ilə məşğul olan, ştanq qaldıran Meqan Amfris Lizerman belə deyir.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Arizona ştatında yaşayan 33 yaşlı Meqan doğuşa 2 gün qalmış trenajor zalına yollanmış, 97 kq ağırlığındakı ştanqı qaldırmışdı.

"CrossFit" idman zalında məşq edən Meqanın məşqçisi əri Çeddir.

Maraqlıdır ki, Çed xanımının hamiləliyin son günlərində ağırlıq qaldırmasına etiraz etməyib.

Meqan indi Florens Jermen adlı qızın anasıdır.

Onun sözlərinə görə, "CrossFit" proqramı ilə fitness və ağırlıqqaldırma ilə məşğul olub.

Bu proqrama ağır atletika təmrinləri, gimnastika və ciddi məşqlərlə sərt pəhriz daxildir.

Həftənin 4 gününü zalda məşq edən Meqan hər səhər 4 kilometr qaçır, hər bazar günü isə dağlara 6 kilometrlik ekskursiyaya çıxır.

Marketinq və kommunikasiya meneceri olan Meqanın sözlərinə görə, hamiləliyin son günlərinədək aktiv həyat tərzi sürüb.

"Hamiləlik vaxtlarımda da idmanı unutmadım, sürəkli məşq etdim. Florens Jermen doğulana qədər zalda idim. Məncə, övladımın sağlam olmasında məşqlərin də böyük rolu oldu", - Meqan Amfris Lizerman söyləyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm