İran "gözəgörünməz" təyyarə yaratdı? - VİDEO - FOTO
Bizi izləyin

Bilgi.az

İran "gözəgörünməz" təyyarə yaratdı? - VİDEO - FOTO

ABŞ-ın RQ-170 Sentinel uçan pilotsuz təyyarəsinin tam bənzəri İranda yaradılıb.


İrandakı "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) mühəndislərinin yaratdığı bu qurğu yerli istehsal olan digər uçan pilotsuz qurğular və raketlərlə birlikdə İranın dini lideri, ayətulla Əli Xamneyiyə göstərilib.


SEPAH-ın Aerokosmik Agentliyinin nümayiş zalında bildirilib ki, yeni yaradılmış uçan pilotsuz qurğu radarlar üçün "gözəgörünməz" qalaraq uzunmüddətli uçuşları yerinə yetirməklə yanaşı, düşmən gəmilərinə raket zərbələri endirməyə qadirdir.


Ayətulla Ə.Xamneyiyə İranda yaradılmış "Şahed 129" və "Şahed 125" uçan pilotsuz qurğuları da göstərilib. Səmada 24 saat qala bilən bu qurğular 2 min kilometrədək məsafəni qət edə bilər.


İranın ali dini liderinə yerli istehsal olan yeni radar sistemləri, raketdən müdafiə sistemləri, gəmi əleyhinə raketlər və s. də göstəririlib.


Fars bildirir ki, ABŞ-ın RQ-170-dən fərqli olaraq İranda yaradılmış uçan pilotsuz qurğu Fars Körfəzində amerikalıların gəmilərinə qarşı istifadə oluna bilər.


ABŞ-ın RQ-170 Sentinel "gözəgörünməz" uçan pilotsuz qurğusu 2011-ci ilin dekabrında İran-Əfqanıstan sərhədindən təxminən 200 km aralıda vurulmuşdu.

Ekspertlər isə bildirirlər ki, İranın RQ-170-in tam təkrarını istehsal etməsi barədə bəyanatları gülüncdür.
İranın bunun üçün texnologiyası, avadanlığı və mütəxəssisləri yoxdur. Üstəlik, RQ-170 sadəcə, uçan pilotsuz qurğu yox, həm də çox mürəkkəb idarəetmə sistemidir.


1 RQ-170 Sentinel-in dəyəri təqribən 6 milyon dollardır. Bu qurğu raket zərbələri üçün nəzərdə tutulmayıb. Habelə RQ-170 Sentinel-dən "təyyarə-bomba" kimi istifadə etməyin mənası yoxdur./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm