“Eurovision”un homoseksual qalibindən Putinə növbəti mesaj - Foto
Bizi izləyin

Bilgi.az

“Eurovision”un homoseksual qalibindən Putinə növbəti mesaj - Foto

“Evrovision -2014”ün qalibi olan avstriyalı homoseksual Konçita Vurst növbəti dəfə Rusiya prezidentinə mesaj göndərib.

Sosial şəbəkələrdə “saqqallı qadın”ın əlində Putinin makiyajlı rəsmi olan plakat saxladığı foto yayılıb. Plakatda isə “Rusiyaya sevgilərlə” sözləri yazılıb.

Qeyd edək ki, Putin cinsi azlıqların hüquqlarını tanımayan dövlət başçısı kimi tanınır. Hətta ölkənin hakim partiyasından olan deputatlar dəfələrlə Konçitanın bu müsabiqədə iştirakına etiraz ediblər. Daha əvvəl isə keçirdiyi mətbuat konfransında Konçita Putinə mesaj göndərmişdi: “Bilmirəm o baxır ya yox. Əgər baxırsa...düşünürəm ki, mən hər şeyi aydın dedim: biz məğlubedilməzik”./“Qafqazinfo”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm