O xal nə xaldır, qoşa düzdürmüsən...
Bizi izləyin

Bilgi.az

O xal nə xaldır, qoşa düzdürmüsən...

O xal nə xaldır, qoşa düzdürmüsən...

Xal, çil, zigilcə... xanımların heç sevmədiyi ləkələrdir. Bunlar necə olur əmələ gəlir? Nə dərəcədə narahat olmağa dəyər? – bu barədə çox az adam məlumatlıdır.

Həkim Aynurə Məmmədova deyir ki, balaca qəhvəyi nöqtələr dərinin rəngini təmin edən melaninin yaranmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində xal əmələ gəlir. Bu kiçik ləkələr istənilən yaş həddində bədənin istənilən yerində meydana gələ bilər və onların bəziləri vaxt keçdikcə yoxa çıxır. Baxmayaraq ki, çox zaman deyirlər ki, xallar asanlıqla xərçəng şişinə çevrilə bilər, onların əksəriyyəti qorxusuzdur. Adi balaca xallardan fərqli olaraq, bəzi xüsusi növ xallar var ki, onlar dəridə menoçitopların yerləşməsinə görə bir-birindən fərqlənir.

Sərhəd xalları: Böyük olmayan, tünd rəngli və azacıq qabarıq olan xallardır. Bədənin bütün hissələrində əmələ gələ bilər.

Ağır neyo-hüceyrə xalları: Tünd narıncı-qəhvəyi, kifayət qədər dərinin üzərində qabarıq şəkil almış xallardır. Xaldan bəzən tüklər də yetişə bilər. Belə xallar əsasən yeniyetmə yaşlarında meydana gəlir və 60 yaşına kimi yoxa çıxır. Əgər xalın yeri ağrıyır və qaşınırsa, bu zaman mütləq dermatoloqa müraciət etmək lazımdır – ola bilsin ki, təhlükəli pozulma əmələ gəlib.


İntradermal xallar: Bu növə əsasən yaşlı insanlarda meydana gələn bütün xallar aid edilir.


Qalo xallar: Dərinin solğun bir hissəsi ilə əhatə olunmuş xallar belə adlanır. Xalın ətrafında belə bir solğun hissənin yaranması bir qayda olaraq zərərsiz dəyişkənlikdir və pis heç bir şeydən xəbər vermir.


Monqol xallar: Körpələrin dərisində əmələ gəlmiş böyük göy hissələr də xalın bir növüdür. Bunlara çox az hallarda rast gəlinir və təqribən 5 yaşına qədər həmin xallar bədəndən yox olur.

Həkim Aynurə Məmmədova onu da qeyd edir ki, dermatoloq məsləhəti ilə xalları götürmək olar.


Ləkə isə günəş şüalarının güclü təsiri nəticəsində əmələ gəlir. Belə ki, bu zaman melanoçitoplar xeyli miqdarda piqment hasil etməyə başlayır. Çillərin əmələ gəlməsinə görə narahat olmağa dəyməz. Bunlardan qorunmaq üçün xüsusi günəşdən müdafiə kremlərindən istifadə etmək kifayət edər.


Lentiqo:Qəhvəyi rəngli hamar ləkələr. Günəş şüalarının təsiri altında əmələ gəlir. Bir qayda olaraq yaşlı insanlarda əmələ gəlir. Əgər lentiqo üz dərisində əmələ gəlir və diametri 2 santimetrdən yuxarı olursa, bu zaman onun təhlükəli olma ehtimalı çoxdur.

Təhlükəli melanoma: Bu ən çox yayılmış dəri xərçəngi xəstəliyidir. Bu xəstəlik doğurdan da öncə sağlam olmuş xaldan əmələ gələ bilər. Belə ki, bu cür hallar ümumi xərçəng xəstələrinin 50 faizində müşahidə edilir. Digər halların səbəbi isə hələlik məlum deyil. Alimlər yalnız ehtimal edirlər ki, buna səbəb dərinin DNT hüceyrələrinin ultra-bənövşəyi şüalanma ilə zədələnməsi ola bilər.

Melanomanı necə tanımaq olar?

Xallar öz rəngini və ya formasını dəyişdiyi andan dərhal ehtiyatlı davranmağa başlamaq lazımdır. Əgər onun ətrafı əyri hal almağa başlayıbsa və ölçüsü böyüyübsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz. Qaşınma və ya qanaxma da ağır nəticələr verə bilər. Zərərli melanomanı rahatlıqla cərrahiyə üsulu ilə aradan götürmək olar. Lakin əgər artıq bu xərçəngə çevrilsə və ya yayılma verməyə başlasa, bunun qarşısını almaq artıq çətin olar.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm