Qazıntılar zamanı “vampir” skeleti tapıldı -Foto
Bizi izləyin

Bilgi.az

Qazıntılar zamanı “vampir” skeleti tapıldı -Foto

Polşa arxeoloqları yeni tapıntı haqda məlumat verib.

Kamen-Pomorskiy şəhərində 16-17-ci əsrə təsadüf edən insan skeleti tapılıb. Maraqlısı budur ki, skeletin ağzına kərpic qoyulub. Tarixçilərin sözünə görə, sakinlər skelet sahibini vampir zənn etdiyi üçün onun ağzına kərpic qoymaqla acından öldürmək istəyiblər.

Kərpic ağzına çox möhkəm tıxandığı üçün cəsədin ön dişləri qırılıb tökülüb. Bundan əlavə, onun omba sümüyündə dəlik olub. Orta əsr ənənələrinə görə, vampiri öz tabutuna bu yolla bərkidərdilər ki, oyanmasın. Qeyd olunur ki, Polşada bu tipli qəbirlərə bir neçə dəfə rast gəlinib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm