Məkkə qapılarını zəvvarlara bağlayır
Bizi izləyin

Bilgi.az

Məkkə qapılarını zəvvarlara bağlayır

Səudiyyə Ərəbistanında yayılan sirli virus 126 nəfərin ölümünə səbəb olub.

Yeni virusun müalicəsi hələ tapılmadığı üçün, Həcc ziyarətinə getməyə hazırlaşanları əməlli başlı qorxudub. Corona adlanan virus adi qriplə eyni tiplidir.

Xəstəlik qripi xatırladan hərarət və öskürəklə başlayır, ancaq nəfəs darlığına və sətəlcəmə səbəb olur. 2012-ci ilin sentyabr ayından bu günə qədər 463-dən çox adam sözügedən virusa yoluxub.

Bu virusa qarşı hələlik insan orqanizmində immunitet yaranmadığı üçün, xəstəliyə yoluxan 3 nəfərdən biri ölür. Yerli infeksionist, yeni virusun öyrənilməsi ilə məşğul olan doktor Hakim məktəbləri bağlamağı, insanların bir yerə toplaşmasınının qadağan edilməsini, ölkə içi və xaricindəki səyahətləri məhdudlaşdırmağı məsləhət bilib .

“Eyni zamanda Həcc ziyarəti də müəyyən müddətə təxirə salmağı məsləhət görürəm”, - deyə, həkim bildirib. /Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm