Dünyanı yeni Nuh tufanı gözləyir
Bizi izləyin

Bilgi.az

Dünyanı yeni Nuh tufanı gözləyir

Antarktidanın qərb hissəsində böyük həcmlərdə su tutan iri buzlaqların əriməsi maksimum səviyyə çatıb.



Bu, Dünya okeanının səviyyəsini qaldırmağa qadirdir və proses geridönməz hala gəlib. Bu barədə aparılmış iki müstəqil tədqiqatın nəticələri “Le Monde” qəzetində dərc olunub.



Birinci tədqiqat Amundsen dənizində yerləşən altı ən böyük buzlağın - Pine Island, Thwaites, Haynes, Smith, Pope və Kohler buzlaqlarının üzərində son 40 il ərzində aparılan tədqiqatdır. Alimlər bu qərara gəliblər ki, Qrenlandiya kimi onların da əriməsi artıq müəyyən dərəcədə dənizin səviyyəsini qaldırmağa imkan yaradıb. Həm də buzlaqlar proqnozlaşdırılandan daha sürətlə əriyir. Onların əriməsi ilə okean səviyyəsi 1,2 m qalxa bilər.



İkinci tədqiqat isə Antarktidanın qərb hissəsində yerləşən “Thwaites” buzlağında aparılıb. Alimlər müəyyən edib ki, buzlağın dağılması artıq başlayıb və bu, okean səviyyəsini 60 sm qaldıra bilər./anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm