Qatillər ölməyə oraya gedir - FOTO
Bizi izləyin

Bilgi.az

Qatillər ölməyə oraya gedir - FOTO

Okeanologiya və ixtiologiyada önəmli kəşf qeydə alınıb. Britaniyalı alimlər Anqola sahillərində, Hind okeanında köpəkbalıqlarının sualtı məzarlığını aşkarlayıb.


2100 metr dərinlikdə nəhəng balina köpəkbalıqlarının leşlərinin qalıqları ilə yanaşı, çoxsaylı dəniz canlılarının qalıqları da var.


Plimut Universitetinin nəzdindəki Dəniz İnstitutunun professoru, doktor Nik Hiqqsin başçılıq edtiyi okeanoloqlar və ixtioloqlar qrupu həmin arealda araşdırmaları davam etdirirlər.


"Köpəkbalıqlarının ölmək üçün buraya gəldiklərini deyə bilərik. Onlar öləndən sonra leşləri yaxınlıqdakı canlılar üçün əla yemə çevrilir. Beləcə, okeanın ekosistemi hər şeyi, hətta ölümü də tənzimləyir", - N.Hiqqs söyləyib./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm