Dünyanın ən böyük 10 narkobaronu
Bizi izləyin

Bilgi.az

Dünyanın ən böyük 10 narkobaronu

10) Zhenli Ye Gon

1963-cü ildə Şanxayda doğulmuş Çin mənşəli meksikalı iş adamı. Meksikada bir kimya şirkətinin rəsmi təmsilcisi vəzifəsində işləyib. Tamamilə qanuni işlərlə məşğul olduğu düşünülən Gnun Sinaloa isimli bir narkotika karteli ilə bağlantısı ortaya çıxarılıb. 2007-ci ildə həbs olunanda evində 200 milyon dollar tapılıb.

9) Frank Lukas

Köhnə bir narkotik alverçisi olan Lukas sonradan, 1960 və 70-ci illərdə Nyu Yorkda fəaliyyət göstərən bir cinayətkar qrupun başına keçib. Onu digərlərindən fərqləndirən isə narkotiki birbaşa olaraq qaynağından alması idi. Lukas ABŞ xüsusi xidmət orqanları əməkdaşları tərəfindən öldürüldükdən sonra həyatına aid bir neçə film çəkilib.

8) Klass Bruinsma

Avropada olduqca güclü iz buraxmış hollandiyalı narkobaron. Hollandiyada və Avropanın digər ölkələrində lüks otellər və fahişəxanalar açıb. Qara geyinməyi çox sevən Bruinsima 1991-ci ildə bir polis məmuru ilə davada öldürülüb.

7) İsmael Zambada Qarsia

Meksikada ən məşhur mafiya başçılarından biri. Zambada Meksikanın ən məşhur hakimlərindən olan Santiyaqo Vaskonselosu öldürüb. Meksikada axtarılanlar sırasında birincidir, onu tapana mükafat təyin olunub.

6) Manuel Noryeqa

Panamananı sabiq prezidenti və narkobaron. Noryeqa çok yüksək miqdarda narkotik və çirkli pulları təmizləmə əməliyyatlarına başçılıq edib. 1992-ci ildə həmin qanunsuz işlərə görə ABŞ qoşunları tərəfindən devrilib, tutulub, 30 il həbs cəzasına məhkum edilib. 2011-ci ildə ölkəsinə verilib.

5) Gilberto Rodrigez Orejuela

Məşhur narkobaron Pablo Eskobardan sonra Kolumbiyanın ən böyük narkobaronu sayılır. Eskobar öləndən sonra meydan tamamilə ona və qardaşına qalıb. O cinayətə adam qaçırma ilə başlasa da sonradan narkotik işinə girişib. 1995-ci ildə həbs olunub, 15 il cəza çəkdikdən sonra azadlığa çıxıb. 2003-cü ildə 150 kilo narkotiki ABŞ-a daxil etmək istəyi boşa çıxıb. 2004-cü ildən ABŞ-da olduğu söylənilir.

4) Joaqun Loera

Məşhur meksikalı narkobaron. O, Meksikadan ABŞ-a kokain keçirmək üçün tunel qazıb və bu tunellərlə 7 tondan çox narkotik daşıyıb. 1993-cü ildə bibər qutularının içinə yerləşdirdiyi narkotik aşkara çıxarılıb və Loera həbs olunub. 2001-ci ildə həbsxanadan qaçdığı deyilir.

3) Osiel Kardenas

Bir təmirçi olan Kardenas məşhur mafiya liderlərindən olan Çava Qomesin köməyi ilə girdiyi qruplaşmada ilk olaraq elə Qomesi öldürüb və idarəçiliyi ələ alıb. Sonra isə el-Mata Amigos (“Qardaş qatillər”) isimli qruplaşma yaradıb. Kardenas işləri o qədər böyüdüb ki, Meksika ordusuna belə qarşı gəlməkdən çəkinməyib. ABŞ Federal Təhqiqat Bürosu Kardenasın başına 2 milyon dollar mükafat təyin edib.

2) Amado Karillo Fuentes

Meksikanın ən böyük narkotik baronu olan Fuentes ABŞ-a təşkil etdiyi 4 narkotik keçidindən sonra 25 milyard dollarlıq bir sərvət qazanıb. Narkotik daşıma işini başda Kolumbiya olmaqla bütün Cənubi Amerikada 727 təyyarədən ibarət bir qrupla təşkil etdiyi üçün Meksikada ona "El senor los Cielos" (Göylərin hakimi) deyilirdi. 1997-ci ildə estetik əməliyyatı zamanı müəmmalı şəkildə ölüb.

1) Pablo Eskobar

Əfsanəvi kolumbiyalı narkobaron. Narkotikadan əldə etdiyi gəlirlə 1989-cu ildə “Forbes” jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilib. Məşhur narkobaron Fabio Restreponu ölümündən sonra Kolumbiyada olan bütün narkotik transferi Eskobarın nəzarətinə keçib. 1976-cı ildə ABŞ-da satılan narkotikin 80% gəliri Eskobarın hesabına yazılırdı.

1990-cı ildən etibarən Pablo Eskobar təqib olunmağa başlayır. Mətbuata verdiyi bir açıqlamasında əgər polis tərəfindən rahat fəaliyyət göstərməsinə şərait yaradılarsa, Kolumbiyanın bütün xarici borcunu ödəməyə hazır olduğunu bildirib. Gizlənərkən bir evdə qızınmaq üçün 2 milyon dolları sobaya ataraq yandırıb.

Narkotik ticarətindən milyard dollarlar qazanan Pablo Eskobar heç vaxt narkotikdən və siqaretdən istifadə etməyib. 1993-cü ildə öldürülüb.

Medelində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırıb. Bu səbəbdən bir çox medelinlilər onu müsbət şəxs kimi xarakterizə edirlər.

Musavat.com










Oxumağa davam et
Reklam
Reklam

Gündəm