Dünyanın ən kök insanları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən kök insanları - FOTOLAR

Dünyanın ən kök insanları - FOTOLAR

Müasir dünyanın qlobal problemlərindən biri insanların artıq çəki və piylənmədən əziyyət çəkmələridir. Az hərəkətlilik, genetik meyllilik, stress və nevrozlar bəzi insanların həddən artıq kökəlməsinə səbəb olur. Adətən piylənmədən əziyyət çəkən belə insanlar bütün ömrü boyu hərəkət sərbəstliyini itirir, ürək-damar xəstəliklərindən əziyyət çəkir və 50 yaşına çatmamış vəfat edirlər. Bununla belə köklükdən əziyyət çəkən insanlar da ailə həyatı qurur və pozitiv həyat tərzi keçirirlər. Modern.az dünyanın ən kök insanlarını təqdim edir.

1. Hazırda dünyada yaşayan ən kök insan Böyük Britaniyalı Kit Martindir. O 368 kiloqram çəkiyə malikdir. Bundan öncə dünyanın ən kök adamı olan Pol Meyson təxminən 300 kiloqram arıqlamışdı. Bundan sonra ilk pilləyə Martin yüksəlib. Artıq 10 ildir ki, yaşadığı evi, daha doğrusu çarpayısını tərk edə bilməyən britaniyalı 15 yaşında anasının ölüm xəbərini aldıqdan sonra kökəlməyə başlamışdı.

Hazırda hərəkət etmək qabiliyyətini istirən Kit Martin daim həkim nəzarəti altında saxlanılır. Onun ehtiyaclarını ödəmək üçün Britaniya büdcəsi hər il 800 min dollar vəsait ayırır. Həkimlərin sölzərinə görə Aritmiya, ağırlaşmış formada astma və baş ağrılarından əziyyət çəkən 42 yaşlı Kit Martin arıqlamağa cəhd göstərməsə onun 50 yaşına kimi ölməsi ehtimalı yüksəkdir.

2. Kit Martinə qədər planetimizdə ən böyük çəkiyə sahib olmuş şəxs onun həmyerlisi Pol Meysondur. 444 kiloqram çəkiyə malik 48 yaşlı ingilis bu ada 2010-cu ildə layiq görülüb. Meksikalı Manuel Uribe sevdiyi qadın üçün 160 kiloqram arıqladıqdan sonra Meyson planetin ən kök adamına çevrilib. 2011-ci ilə qədər bu adı daşıyan ingilis həyatını dəyişmək qərarına gəlir.

Əməliyyat etdirərək mədəsini kiçildən Meyson sürətlə arıqlamağa başlayır və 292 kiloqram arıqlayır. Lakin dartılmış dəri Meyson arıqladıqdan sonra da əvvəlki formada qalır. Buna görə də o yenidən əməliyyat olunmağa hazırlaşır. Rebekka Mauntin adlı amerikalı xanımla tanış olan Meyson ABŞ-ın Massaçusets ştatında yaşayır. Onun planlarında arıqlaması barədə kitab yazmaq və zərgərlik dükanı açmaq niyyəti var.

3.Meksikalı Manuel Uribe Qarza dünyanın ən kök adamı hesab olunurdu. Hətta 2008-ci ildə dünyada yaşayan ən kök adam kimi Ginnesin Rekordlar Kitabına da daxil olmuşdu. Ən pik vaxtında 45 yaşlı meksikalı 572 kiloqram çəkiyə malik idi. Belə ki, 18 yaşlı gənc olarkən Uriba 121 kiloqram idi. Lakin menecer kimi çalışmağa başladıqdan sonra onun çəkisi sürətlə artmağa başlayır. 30 yaşına çatdıqda meksikalının çəkisi artıq 245 kiloqram təşkil edirdi. Həkimlərə müalicə etdirərək liposaksiya etdirən Uribe çəkisindən 160 kiloqram itirsə də əməliyyatın əks nəticələri özünü biruzə verir. Ayaq əzələlərinin kəskin şişməsi nəticəsində o hərəkət etmək qabiliyyətini itirir. 3 il ərzində məcburən yatağına məhkum olan Manuel Uribe 572 kiloqram çəki toplayır.

Lakin yaxınlarda Uribe böyük iradə göstərərk təxminən 250 kiloqram arıqladı. Klavdiya adlı xanıma aşiq olan Uribe onun naminə sərt dietaya oturdu. Buna görə Manuel Uribe 2-ci dəfə Ginnesin Rekordlar kitabına daxil oldu. Bu dəfə ən çox çəki itirən insan kimi rekordlar kitabına adı daxil oldu. Eyni zamanda ən kök insan adını da ingilis Pol Meysona təhvil verir. 2008-ci ildə Manuel Uribe Klavdiya ilə ailə həyatı qurdu. Lakin arıqlamasına baxmayaraq yatağından qalxa bilməyən 310 kiloqramlıq Uribe xüsusi avtoyükləyici vasitəsilə toy yerinə gətirildi.

4. Dünyanın ən kök qadını Syuzanna Eman Kasa-Qrandedir. ABŞ-ın Arizona ştatında yaşayan Syuzanna 326,5 kiloqram çəkiyə malikdir. Özü ilə fəqr edən qadın arıq lamaq niyyətində deyil. O,ən böyük arzusunun 1 ton çəki toplamaq olduğunu vurğulayıb. Kök insanlar üçün ixtisaslaşan internet saylatında modelliklə məşğul olan amkerikalı qadının günədlik qida rasionu normal insanın bir həftəlik ehtiyaclarını ödəyir.

5. Amerikalı Terri Smit dünyanın ən kök qadınlarından hesab olunur. Onun çəkisi müəyyən vaxtlarda 320 kiloqrama çatırdı. Terri Smit artıq bir neçə ildir ki, yatağından qalxa bilmir. Bundan qaşqa, kənar şəxsin köməyi olmadan o nə hərəkət, nə geyinə və nə də ki, yuyuna bilmir. 7 yaşında 51, 20 yaşında isə 100 kiloqrama açatan amerikalı qadının müalicəsi yalnız cərrahi müdaxilə ilə mümkündür. Bununla belə Terri Smit də ailə həyatı qurub. İnun qız övladı və 2 nəvəsi var.

6. Amerikada məşhur olan digər kök qadın isə Donna Simpsondur. O, ən ağır çəkili ana kimi Ginnesin Rekordlar kitabına daxil olub. 43 yaşlı Simpson çəkisini 450 kiloqrama çatdırmaqla rekord vurmaq istəsə də sağlamlıq durumunun ağırlaşması səbəbindən bu istəyindən vaz keçib. 20 il evlilik həyatı yaşayan Donna Simpson bu nigahdan bir qız övladına sahibdir. Qeyd etmək lazımdır ki. onun həyat yoldaşının çəkisi 68 kiloqramdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm