Yapon balıqçılarının ovladığı delfinin anası belə intihar etdi-VİDEO
Bizi izləyin

Bilgi.az

Yapon balıqçılarının ovladığı delfinin anası belə intihar etdi-VİDEO

Yapon balıqçılarının ovladığı albinos delfinin anası intihar etdi

Yapon balıqçılarının ovladığı albinos delfinin anası intihar etdi

Bu günlərdə Yaponiyada delfinlərin kütləvi ovlanması zamanı tutulan albinos delfin milyonlarla dollara satılacaq.

Ümumilikdə, 250 delfin ovlanıb və ətraf mühit müdafiəçiləri bildirirlər ki, son 4 ildə Yaponiyada bu cür kütləvi delfin ovu olmamışdı.

250 delfindən yalnız 52-si akvarium və şəxsi kolleksionerlərə satış üçün saxlanılacaq, digərləri isə öldürüləcək. Satışa çıxarılan ağ rəngli delfin nadir hallarda rast gəlinən albinos delfinlərdəndi.

Ovu izləyən aktivistlər bildirirlər ki, ağ delfinin anası o ovlanandan sonra suyun dərinliyinə girib və hava almaq üçün bir də su üzünə çıxmayıb. Onlar güman edirlər ki, balasını itirən dişi delfin intihat edib.

Bioloqlar delfinlərin intellektli heyvanlar olduqlarını bildirirlər, onların arasında intihar edənlər olur. Bu, delfinlərin stress vəziyyətinə düşməsi, yeni mühitə uyğunlaşa bilməməsi zamanı baş verir.

İntihar növləri arasında delfinin başını bir neçə dəfə divara vurması və ya sadəcə nəfəs almaq üçün su üzünə çıxmaması kimi hallar olub.

Dəniz məməliləri olan delfinlərin kütləvi qətlində günahlandırılan Yaponiya hökuməti isə bildirir ki, onlar min illərdi ki, delfin və balinaları ovlayırlar və bu canlılar nəsli kəsilməkdə olan heyvanlar sırasında deyillər.

Seymur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm