Qafqaz Albaniyasının məhv olmuş şəhərləri - (xəritələrlə)
Bizi izləyin

Bilgi.az

Qafqaz Albaniyasının məhv olmuş şəhərləri - (xəritələrlə)

Qafqaz Albaniyasının məhv olmuş şəhərləri(xəritələrlə)

Xəritə 1667-ci ildə fransız kartoqraf Giyom Şanson tərəfindən çəkilib.

Adiabla şəhəri Kamilla Treverin yazdıqlarına əsasən ilk dəfə 2-ci əsrdə yunan tarixçisi Klavdiv Ptolomey tərəfindən adı çəkilir. 19-cu əsrin əvvəllərində Yanovski şəhərin Şəkinin qərbində,meşəlik ərazidə olduğunu söyləyir.Bir müddətdən sonra İlisu və ya Car-Balakən əraziləri içərisində olduğu dəqiqləşdirildi. Sergey Muravyev 1983-cü ildə nəşr elətdirdiyi əsərində isə daha dəqiq Zaqatalanın Əliabad qəsəbəsini göstərir. Onun fikrinə görə,Adiabla Zaqatalanın 15 kilometr cənubunda Qaraçayın sol sahilində yerləşmiş yaşayış məskəni olub.

Boziata şəhəri Samuel Consona görə Klavdiv Ptolomey tərəfindən adı çəkilən şəhərlərdən biridir. Ptolomeyin dediklərinə əsasən şəhər Kaysiya və Albana çayları arasında yerləşirdi.Kaysiya Qusarçayın,Albana isə Samur çayının antik adıdır. Muravyevin fikrincə Boziata şəhəri Oğuzun Kərimli kəndi ərazisində olub.

İuna şəhəri–Qafqaz Albaniyası şəhəri

Image

Xəritə 1535-ci ildə Ptolomeyin yazdıqlarına əsasən Mişel Servet tərəfindən çəkilib.

İuna şəhəri Kamilla Treverin yazdıqlarına əsasən ilk dəfə 2-ci əsrdə yunan tarixçisi Klavdiv Ptolomey tərəfindən adı çəkilir.19-cu əsrdə Yanovski şəhərin Şəkinin Göynük kəndi ərazisində olduğunu iddia etsə də son dövrlərdə rus tarixçi Sergey Muravyev Şəkinin ərazinin Cunud kəndində olduğunu sübut elədi.

Maraqlıdır ki,Muravyev Ptolomeyin dedikləri əsasında Cunud kəndində daha bir Qafqaz Albaniyası şəhəri Sanuyunun olduğunu söyləyib.

Xobota şəhəri

Image

Xəritə 1865-ci ildə alman kartoqraf Karl fon Spuner tərəfindən çəkilib.

Xobota şəhəri hal hazırki Quba şəhəri ərazisində mövcud olmuş Qafqaz Albaniyası şəhəridir.Ptolomey Qafqaz Albaniyası şəhərləri içərisində Xobotanın adını çəkir.Azərbaycanlı tarixçi Yusif Yusifov 1965-ci ildə yazdığı«Quba və «Xaçmaz» adları haqqında kitabında Xobotanı «xobo» və «ta» hissələrinə ayıraraq müasir Quba sözünün burdan yarandığını iddia edib.

Tural Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm