Atasına sevgilisinin hamilə olduğunu deyən oğul döyüldü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Atasına sevgilisinin hamilə olduğunu deyən oğul döyüldü - FOTOLAR

Hindistanlı tələbə Pratek Vermanın könlündən atası ilə kobud bir zarafat etmək keçib. Mühəndislik üzrə təhsil alan 20 yaşlı Pratek atasına sevgilisinin hamilə olduğunu deyir. Ancaq atasının bu xəbərə nə dərəcədə reaksiya verəcəyini ağlına belə gətirmir.

Aldığı xəbərdən qəzəblənən 50 yaşlı Sunder Verma sözün əsil mənasında oğlunu təpiyinin altına salıb.

Pratek əvvəlcə otağında kameranı gizlədib və atasını yanına çağıraraq ciddi söhbət etmək niyyətində olduğunu bildirib. Atası oğlunun verdiyi xəbərdən hiddələnərək yumruq və təpik vurur.

Pratek üzr istəsə də rəhimsiz ata oğlunu döyməkdə davam edir və əlinə butulkanı alanda Pratek xəbərin zarafat olduğunu etiraf edir.

Video 2 həftə öncə YouTube-da yerləşdirilib və o gündən etibarən 500,000 insan tərəfindən izlənilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm