“İmkan verin rahiblər evlənsin”
Bizi izləyin

Bilgi.az

“İmkan verin rahiblər evlənsin”

İtalyada yaşayan 26 qadın Papa Fransiskə çox qəribə təkliflə müraciət ediblər.

Katolik din xadimləri ilə eşq yaşadıqlarını deyən italyan qadınlar Papaya məktub yazaraq təklif ediblər ki, dinin evliliklə bağlı rahiblər qarşısında qoyduğu qadağanı aradan qaldırsın. Onlar din xadimlərinin evlənmələrinin qadağan olmasını xatırladaraq bu tabunun ləğv olunmasını istəyiblər.

Onlar katolik din adamlarına aşiq olduqlarını və aralarındakı münasibəti gizli tutmaq məcburiyyətində qaldıqlarını qeyd ediblər. 26 qadının imzaladığı məktubda deyilir:

“İmkan verin sevdiyimiz din adamları uşaq sahibi ola bilsinlər, övladlarını qucağına ala bilsinlər. Xahiş edirik, bu qadağanı yenidən nəzərdən keçirin. Katolik dünyasında bir çox rahib çəkinərək, kilsədən qorxaraq qadınlarla əlaqəyə girir. Bu haqsızlıqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm