Pul çatışmazlığından özü öz ayağını kəsdi - FOTO
Bizi izləyin

Bilgi.az

Pul çatışmazlığından özü öz ayağını kəsdi - FOTO

Çində yaşayan fermer infeksiya yoluxmuş ayağını dözülməz ağrıya baxmayaraq, sınmış şüşənin qırıntıları ilə kəsib.

44 yaşlı Lyu Dyunenin şaxta nəticəsində infeksiya düşmüş ayağını əməliyyat etdirmək üçün 10 min yuan (1,600 dollar) pulu olmayıb.

Fermer torpaqda ayaqyalın işləyib və ayaqları donub. Həkimə müraciət etmədiyindən ayaqları şişib, infeksiya düşüb və dərisi çürüməyə başlayıb.

Həkimlər onun ayağını tezliklə amputasiya etməyi tövsiyə edib, lakin evə qayıdan çinli pul üzündən özü-özünü əməliyyat etməli olub və 6 saat dəhşətli ağrılardan əziyyət çəkib.

Bu haqda xəbər tutan qonşular Lyunu dərhal xəstəxanaya çatdırıb və 3,700 dollar ödəniş ediblər. O, xəstəxanadan 2 həftədən sonra buraxılacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm