İngiltərənin ən varlıları hindli qardaşlar oldu
Bizi izləyin

Bilgi.az

İngiltərənin ən varlıları hindli qardaşlar oldu

İngiltərənin ən varlıları 11,9 milyard sterlinqlik (15,7 milyard AZN) sərvətləri ilə hindistanlı Qopiçand və Sriçand Hinduca (Gopichand və Srichand Hinduja) qardaşları seçilib.

“Axar.az” xəbər verir ki, avtomobil sənayesindən neft mədənlərinə qədər bir çox sahədə sərmayəsi olan “Hinduca holdinq”in sahibi olan qardaşlar keçən il varlılar siyahısında 3-cü yerdə olublar.

“Sandey Tayms” qəzetinin hazırladığı siyahıda ingiltərəli 1000 iş adamı yer alıb. Zənginlərin sərvətlərinin cəmi isə keçən ildəkindən 15% artaraq 520 milyard sterlinqə (686.4 milyard AZN) çatıb.

Hindistanlı qardaşların ən yaxın rəqibi Rusiyalı milyarder Alişer Usmanovdur. İngiltərənin məşhur “Arsenal” futbol klubunun da sahibi olan Usmanovun sərvəti 10.7 milyard sterlinqdir (14 milyard AZN). Siyahının 3-cüsü isə 10,3 milyard sterlinqin (13,6 milyard AZN) sahibi olan hindistanlı “dəmirçi” Lakşmi Mittaldır.

26-cı dəfə hazırlanan “İngiltərənin varlılar siyahısı”na düşmək üçün ən az 85 milyon sterlinqin (112 milyon AZN) sahibi olmaq lazımdır. Siyahının ən maraqlı cəhəti isə ora daxil edilən insanların xidmət sahəsinə heç bir məhdudiyyətin qoyulmamasıdır. Məsələn, Britaniya kraliçası Elizabet 330 milyon sterlinqlə siyahının 285-ci pilləsində yer tutub. Tanınmış kulinar Cemi Oliver də var-dövlətini bir ildə 90 milyondan 240 milyon sterlinqə çatdırmaqla siyahıda kraliçaya yaxınlaşıb. Roman Abramoviç (“Çelsi” futbol klubunun sahibi), Devid və Viktoriya Bekhemlər də siyahıda yer alanlardandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm